...

Azərbaycanın bankı xarici bazarlara çıxmağa hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2008 18:38 (UTC +04:00)
Azərbaycanın bankı xarici bazarlara çıxmağa hazırlaşır

Azərbaycan, Bakı, 31 iyul/ Trend , müxbir Ü.İsmayılova/Növbəti - 2009-cu il Azərbaycanın Kapital Bankı üçün genişlənmə ili olacaq, - cümə axşamı mətbuat konfransında Bankın Idarə Heyətinin sədri Rauf Rzayev deyib.

"2008-ci ilin sonunadək biz bütün daxili sərmayə proqramlarını başa çatdıracağıq və xarici bazarlara çıxmaq üzrə işlərə başlayacayıq", - o deyib.

Rzayevin sözlərinə görə, cari ildə bank çox mühüm addım ataraq, Kapital Bankı tamamilə özəlləşdirib və ilk yarımildə maliyyə göstəricilərini xeyli artırıb.

2007-ci ildə, birinci mərhələdə bankın 50 faizi özəlləşdirilib və nəticədə, Xalq Bank, AtaHolding, Azersun Holding Kapital Bankın səhmdarlarına çevriliblər.

Özəlləşdirmənin  ikinci mərhələsində Bankda kapital payını AtaHolding və Azersun Holding artırıblar. Bundan başqa, Bankın yeni səhmdarları Pasha Holding, Xalq Sigorta sığorta şirkəti və digər fiziki şəxslər olub. Bankın səhmlərinin bir hissəsi öz işçilərinə satılıb.

Rzayevin sözlərinə görə, yarımilin nəticələrinə əsasən, Bankın aktivləri 350 mln. manat, ümumi kapital 77 mln. manat, gəlirlər 26,4 mln. manat, xərclər 18,079 mln. manat olub.

2007-ci il ərzində Kapital Bankın artımı 44 afiz təşkil edib. Bankın 2008-2010-cu illər üçün strateji planına uyğun olaraq, illik artım, orta hesabla, 23 faiz təşkil etməlidir, - Rzayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti