...

Dünya maliyyə böhranı Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərmir – Milli Bankın rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2008 16:24 (UTC +04:00)
Dünya maliyyə böhranı Azərbaycan iqtisadiyyatına ciddi  təsir göstərmir – Milli Bankın rəhbəri

Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın strateji valyuta ehtiyatları xarici borcları iki dəfə üstələyir, buna görə, dünya maliyyə böhranının ölkə iqtisadiyyatına təsiri üçün əsaslı bir səbəb yoxdur. Bu barədə cümə günü Azərbaycan Milli Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

"Dünyanın bütün ölkələrində maliyyə sektoru likvidlik problemi hiss edir, lakin bu gün Azərbaycanın xarici likvidliyi 17 mlrd. dolları üstələyir, ölkənin xarici borcu isə, özəl sektorun borclanmasını da nəzərə alsaq, 8 mlrd. dollardan çox deyil", - deyə Rüstəmov bildirib.

Onun sözlərinə görə, son illər Azərbaycan yüksək artım tempi nümayiş etdirir, ölkədə maliyyə vəziyyəti stabildir və kifayət qədər ehtiyatın olması böhranın ölkə iqtisadiyyatına təsir göstərməməsinə imkan yaradır.

Maliyyə sektorunun 90 faizinin bank sisteminin payına düşdüyü mikro səviyyədə hər bir bankdakı vəziyyət də AMB - yə məlumdur.

"Bank sektorunda yeganə sual doğuran məsələ bankların xarici borclanmasıdır ki, bu da bu gün 2 mlrd. dollar təşkil edir", - deyə AMB - nin rəhbəri bildirib.

Bu xarici borclanmanın yarısı yarımdövlət Azərbaycan Beynəlxalq Bankının, qalanları isə, özəl bankların payına düşür. Rüstəmovun sözlərinə görə, bu borcların ödənməsi ilə bağlı problem yoxdur, belə ki, hər bir bankın borcları ödəmə cədvəli var və onlar bu gün də buna uyğun iş aparırlar.

Əsas hökumət və Milli Bankın bu barədə ciddi düşünməsi və məsləhətləşmələr aparmasıdır.

"Təhlükə yaranacağı təqdirdə, hökumət öz sözünü deyəcək və müvafiq dəstəyini göstərəcək, buna görə, bankın səhmdar, əmanətçi və kreditorları tamamilə arxayın ola bilərlər; şayiələrə baxmayaraq, ölkənin bank sektoru stabillik və maliyyə göstəriciləri baxımından artım nümayiş etdirir və biz dünya böhranının Azərbaycandan yan keçməsi üçün hər şey edəcəyik",- deyə Rüstəmov bildirib.

Oktyabrın 24 - nə olan cari məzənnə 0,8111 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti