...

"Cənub axını" yalnız "Nabukko"nun reallaşdırılmasının çətinləşdirilməsi üçün yaradılır - Hudson İnstitutunun nümayəndəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2008 10:43 (UTC +04:00)
"Cənub axını" yalnız "Nabukko"nun reallaşdırılmasının çətinləşdirilməsi üçün yaradılır -   Hudson İnstitutunun nümayəndəsi

Budapeşt, Macarıstan, 28 oktyabr/ Trend , müxbir S.Əliyev/ Hudson İnstitutunun Avrasiya Siyasəti Mərkəzinin direktoru Zeyno Baran hesab edir ki, Avropanın qaz idxalının diversifikasiyası üçün nəzərdə tutulan "Nabukko" qaz kəməri layihəsinin reallaşdırımasına başlamaq üçün Avropa İttifaqı və ABŞ kifayət qədər siyasi idarə nümayiş etdimir.

Onun sözlərinə görə, "Nabukko" , "Cənub axını" kimi boru kəmərindən fərqli olaraq, kommersiya layihəsidir.

"Rusiya boru kəməri yalnız "Nabukko" layihəsinin reallaşdırılmasını çətinləşdirmək, Moskvanın enerji və siyasi təsirini artırmaq üçün həyata keçirilir", - Trend -ın görüşdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, bu barədə Baran çərşənbə axşamı Budapeştdə keçirilən III enerji forumunda bildirib.

Onun sözlərinə görə, "Nabukko" boru kəməri ilə Avropaya tədarük olunacaq qazın qiyməti "Cənub axını" üzrə ixrac olunacaq qazın dəyərindən aşağı olacaq.

"Azərbaycan və Türkmənistan qazı "Nabukko" boru kəmərinin doldurulması üçün tamamilə kifayət edir", - deyə Baran bildirib.

12,4 mlrd. dollar dəyərində olan "Nabukko" qaz kəməri ilə 2013 - cü ildən qazın Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə tədarükü nəzərdə tutulur. Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz" , Rumıniyanın "Transgaz", Türkiyə "Botas" və Almaniyanın RWE şarkətləri layihənin iştirakçılarıdırlar. Hər bir iştirakçı bərəbər paya -16,67 faizə malikdir. "Gaz de France" iri enerji şirkəti də boru kəməri ilə nəql olunacaq qazın bir hissəsinin əldə edilməsinə maraq göstərir.

Xəbər lenti

Xəbər lenti