Azərbaycan, Bakı, 28 oktyabr/ Trend , müxbir E.Tarıverdiyeva/ Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze Gürcüstandakı iqtisadi vəziyyətin "olduqca mürəkkəb" olduğunu bildirir. Şevardnadze çərşənbə axşamı telefonla Trend -a deyib ki, Gürcüstan xalqı beynəlxalq maliyyə institutlarının göstərəcəyi iqtisadi yardımı tez bir vaxtda hiss edə bilməz.
"(Gürcüstanda) acından qalan və işsiz olan insanlar var. Lakin beynəlxalq maliyyə institutları kömək edəcəklərini bildiriblər. Yardım iki-üç il üçün nəzərdə tutulb. Lakin xalq bunu dərhal hiss etməyəcək", - Şevardnadze hesab edir.
Beynəlxalq Maliyyə Fondu və digər iri maliyyə institutları Gürcüstan iqtisadiyyatının dirçəlməsinə yardım göstərəcək. Beynəlxalq İnvestisiya Korporasiyasının (OPIC) prezidenti Robert Mosbaher dünən Tbilisidə yeddi gürcü şirkətinin rəhbəri ilə əməkdaşlığa dair memorandum imzalayıb. Gürcüstan şirkətləri imzalanan sənəd çərçivəsində OPIC-dən 176 mln. dollar alacaqlar.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]