...

İl ərzində Bakı Banklararası Valyuta Birjasında xarici valyutalarla ticarətin həcmi 1,6 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2008 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 noyabr/ Trend / Bank Standard oktyabrda Bakı Banklararası Valyuta Birjasının valyuta bölməsində ticarətin yekunları üzrə ADV birja bazarının aparıcı operatorları - banklarının beşliyinə başçılıq edib,- birjanın məlumatında bildirilir.

Hərracların ümumi həcmində bağladıqları əqdlərin payına müvafiq olaraq, birja valyuta bazarının lider bankları sırasına Unibank ASC, Azərbaycan Beynəlxalq Bankı, Bank Respublika Səhmdar-Kommersiya bankı və Azerbaijan Senayye Bankasi (ASB) daxil olub.

Bank Standard-ın payı 41,76 faiz, UniBank - 18,16 faiz, Bank Respublika - 15,67 faiz, Azərbaycan Beynəlxalq Bankı - 14,16 faiz və ASB - 9,88 faiz təşkil edib.

Ümumilikdə cari ilin oktyabr ayında BBVB - nin valyuta bölməsindəki elektron hərraclarda 23 bank iştirak edib. Hesabat ayında "Birja Elektron Sistemində Ticarət"-də (BEST) keçirilmiş 42 ticarət sessiyasında 104 əqd qeydə alınıb.

BEST-də keçirilən ticarətin həcmi 231,62 mln. manat təşkil edib. Sentyabr ayı ilə müqayisədə, valyuta bölməsinin həcm göstəriciləri hesabat dövründə 81,02 faiz çoxalıb. Hər əqdin orta həcmi oktyabr ayında 2,470 milyondan 2,751 milyon dollaradək artıb.

Cari ilin 10 ayı ərzində birjanın xarici valyutalar üzrə dövriyyəsi 1 milliard 836 millyon manata bərabər olub. Ötən ilin yanvar-oktyabr ayları ilə müqaisədə valyuta bölməsinin həcm göstəriciləri 1,6 dəfədən çox və yaxud 677,472 milyon manat artıb.

Hesabat ayında milli valyutanın birja məzənnəsi 11% düşüb - hər USD görə 0,8083-dan 0,8092 AZN qədər.Nəticədə, milli valyutanın ABŞ dollarına nisbi ortaölçülü birja məzənnəsi oktyabr ayında 0,8094 bərabər olub, halbuki, sentyabr ayında bu göstərici 0,8118 AZN təşkil edirdi. Manatın ABŞ dollarına qarşı ortaölçülü birja məzənnəsi cari ilin əvvəlindən 4,25% artıb.

Noyabrın 4-nə olan cari mübadilə məzənnəsi -- 0,8097AZN/USD

Xəbər lenti

Xəbər lenti