Azərbaycan, Bakı, 04 noyabr/ Trend , müxbir S.Əliyev/ 2009 - cu ildə Azərbaycanın nəqliyyat sektoru ilə təqribən 213,4 mln. ton yükün daşınması planlaşdırılr. Bu göstərici 2008 - ci ildə 190,7 milyona bərabər olub. Bu barədə ölkənin 2009 - 2012 - ci illər dövlət büdcəsi proqnozlarında bildirilir. 2010 - cu ildə bu göstərici 226,9 milyon ton, 2011-ci ildə 243,5 milyon ton, 2012-ci ildə 262,1 miliyon ton yükə bərabər olacaq.
2009 - cu ildə dəmir yolu ilə 31,6 milyon ton (2008 - ci ilin 29,4 milyon tonuna nisbətdə), avtomobil nəqliyyatı ilə 93,8 milyon ton (2008 - ci ilin 87,3 milyon tonuna nisbətdə), dəniz nəqliyyatı ilə 13,2 milyon ton (2008 - ci ilin 12,1 milyon tonuna nisbətdə), hava nəqliyyatı ilə 0,05 milyon ton (2008-ci ilin 0,04 milyon tonuna nisbətdə) müxtəlif yüklərin daşınması nəzərdə tutulur. Bakı beynəlxalq dəniz ticarət limanı 2009 - cu ildə 6,4 milyon ton yük (2008 - ci ilin 6,1 milyon tonuna nisbətdə) emal edəcək.
Nəqliyyat növü | Ölçü vahidi | 2008 - ci il | 2009 - cu il | 2010 - cu il | 2011 - ci il | 2012 - ci il |
Daşınmanın ümumi həcmi | mln. ton | 190,7 | 213,4 | 226,9 | 243,5 | 262,1 |
Dəmir yolu | mln. ton | 29,4 | 31,6 | 34,7 | 39,9 | 47,9 |
Avtomobil nəqliyyatı | mln. ton | 87,3 | 93,8 | 101,3 | 110,4 | 121,4 |
Dəniz nəqliyyatı | mln. ton | 12,1 | 13,2 | 14,4 | 15,7 | 16,7 |
Hava nəqliyyatı | mln. ton | 0,04 | 0,05 | 0,05 | 0,05 | 0,05 |
Bakı dəniz limanı | mln. ton | 6,1 | 6,4 | 6,8 | 7,2 | 7,7 |
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]