...

Azərbaycan bankı "Parabank" yeni "Nəsimi" filialını açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2008 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 noyabr / Trend / Cümə axşamı Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, 15 - ci sıra, ev 83/115 ünvanında "Parabank" ASC -nin növbəti - "Nəsimi" filialı açılıb. "Nəsimi" filialı "Parabank"ın sayca 12-ci, Bakı şəhəri üzrə 8 - ci filialı oldu.

"Nəsimi" filialı fiziki və hüquqi şəxslərə hesablaşma - kassa xidmətləri, sərfəli şərtlərlə depozitlərin cəlb edilməsi, istehlak, o cümlədən avtokreditlər və biznes kreditlərinin verilməsi, VISA plastik kartları, mobil rabitə operatorları xidmətlərinin ödənilməsi, Western Union, Contact, Migom, Privat Money, Bıstraya poçta, Caspian Money Transfer kimi beynəlxalq sistemlər vasitəsilə sürətli pulköçürmə və s. bank xidmətləri təklif edir.

""Parabank" Bakı şəhərində daha bir filialını istifadəyə verməklə, xidmət şəbəkəsi ilə ölkə paytaxtının əksər ərazilərini əhatə edib. "Nəsimi" filialı Rəsulzadə qəsəbəsi və ətraf yaşayış məntəqələrinin sakinlərinə geniş çeşiddə bank xidmətləri təklif edir. Yeni filial bu ərazilərdə fəaliyyət göstərən və bankın müştəriləri olan müəssisə və təşkilatların bank xidmətlərinə olan ehtiyaclarının daha dolğun və operativ şəkildə ödənilməsini də təmin edəcəkdir", - deyə "Parabank" ASC İdarə Heyəti sədrinin müavini Məzahir Məmmədov bildirib.

Beləliklə, bu gün "Parabank" ASC respublikanın regionlarında 4 - Gəncə, Sumqayıt şəhərlərində, Beyləqan və Ağcabədi rayonlarındakı filialları, Bakı şəhərində 8 - "Bakı", "Əzizbəyov", "Gənclik", "Çəmbərəkənd", "Nərimanov", "Azadlıq", "Yasamal" və "Nəsimi" filialları vasitəsilə göstərdiyi xidmətlərin həcmini müvəffəqiyyətlə genişləndirir.

Yaxın dövrlərdə "Parabank" ASC respublikanın regionlarında daha 3 filialın, o cümlədən "Quba", "Şəmkir" filiallarının və Gəncə şəhərində 2-ci - "Kəpəz" filialının açılmasını planlaşdırır.

Müstəqil Azərbaycanın ilk kommersiya baqklarından biri olan "Parabank" ASC 1991 - ci ildən öz müştərilərinə geniş çeşidli universal maliyyə xidmətləri göstərir. 2007 - ci ilin iyulundan "Parabank" ASC Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.

Bank respublikanın regionlarında fəaliyyətin genişləndiilməsinə xüsusi diqqət ayırır. "Parabank" ASC regionlarda kiçik biznesə girovsuz kredit təqdim edən sayca az banklardan biridir.

Xəbər lenti

Xəbər lenti