Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir A.Bədəlova/ " Rusiya iqtisadiyyatının səmərəliliyini artırmaq dünya maliyyə böhranından istifadə etmək zəruridir", - RF Baş naziri Vladimir Putin cümə axşamı "Vahid Rusiya" partiyasının X qurultayında söyləyib.
"Hazırda milli iqtisadiyyatın, onun infrastrukturlarının təkmilləşdirilməsilə ciddi şəkildə məşğul olmaq zəruridir", - çıxışı "Vesti" telekanalı ilə birbaşa yayımlanan Putin deyib.
Onun sözlərinə görə, böhran şəraitində milli iqtisadiyyatın rəqabət qabiliyyətini inkişaf etdirmək vacibdir. Ölkədə işgüzar fəallığın yüksək səviyyəsini qorumaq lazımdır, - RF Baş naziri söyləyib. O, əmək məhsuldarlığını üç - dörd dəfə artırmağın vacibliyindən danışıb.
Putin kommersiya banklarının iri şirkətlərin almasını düzgün addım kimi qiymətləndirib.
Baş nazirin fikrincə, real sektora məhz indi dəstək vermək lazımdır. O, regionlar üçün kiçik biznesə vergi tariflərini 5 faizədək azaltmağa icazə verməyi təklif edib.
2 009 - cu il yanvarın 1- dən gəlir vergilərinin dörd faizini aşağı salmaq lazımdır, - Putin qeyd edib. Onun sözlərinə görə, ƏDV - nin geri qaytarılması müddətini azaltmaq zəruridir.
Baş nazir biznesi inzibati maneələrdən azad etməyin vacibliyini vurğulayıb.
Putin ixracın dəstəklənməsi sistemini milli iqtisadiyyatın inkişafı üçün növbəti üsula çevirmək niyyətini də bəyan edib.
Müəlliflə əlaqə ünvanı: [email protected]