...

Qazaxıstan və Özbəkistan ərzaq problemini birgə həll etmək niyyətindədirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2008 16:27 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 09 dekabr/ Trend , müxbir T.Jukov/ Qazaxıstan və Özbəkistan ərzaq probleminin həlli üzrə bir neçə birgə layihəyə başlamağı planlaşdırırlar.

"Biz Özbəkistana fyuçers sazişləri təklif edirik", - Qazaxıstanın Daşkənddəki fövqəladə və səlahiyyətli səfiri Zautbek Turisbekov bildirib.

"Qazaxıstan tərəfi maliyyə vəsaitləri çatışmayan kəndlilərə bu vəsaitləri ayırmağa hazırdır, - Turisbekov vurğulayıb. - Məhsul yığıldıqdan sonra isə fermerlərin sonuncu məhsulu reallaşdırmaq imkanı olacaq".

Digər vacib layihə sərhədyanı ərazidə konservləşdirilmiş məhsulların istehsalının təşkili ilə bağlı olacaq. "Bu təklif Qazaxıstan və Özbəkistan prezidentlərinin sərhədyanı rayonlarda azad tiacrət zonasının yaradılması üzrə tapşırıqları çərçivəsindədir", - Turisbekov iki ölkə arasında bağlanılmış Dostluq haqqında Müqavilənin 10 illiyinə həsr olunmuş konfransda bildirib.

"İndi tikintilərin bağlanması ilə əlaqədar, əmək miqrantları Qazaxıstandan Vətənə qayıdırlar, lakin özbək işçiləri aqrar sektor sahələrinə də göndərmək olar", - səfir hesab edir.

Səfirin sözlərinə görə, perspektivdə Qazaxıstanın Cənubi Qazax əyalətindəki Sarıaqaş iri sərhədyanı yaşayış məskənində meyvə-tərəvəz məhsulunun emalı və konservlərin buraxılışı üzrə bir neçə zavodun açılması planlaşdırılır. "Daim kənd təsərrüfatı məhsullarının idxalında maraqlı olmuş Rusiya da bu istehsalı maliyyələşdirməyə hazırdır", - Turisbekov əlavə edib.

Səfirin rəyinə görə, iqtisadi fayda ondan ibarətdir ki, təzə meyvə və tərəvəzdən baha olan konservləşdirilmiş məhsul buraxılacaq. Çox sayda yeni iş yerinin yaradılması da vacibdir. "Bütün zəruri nəqliyyat infrastrukturunun mövcud olduğu Daşkəndə yaxın yerləşmə isə bu məhsulun xaricə geniş tədarükü üçün imkanlar yaradacaq", - səfir qeyd edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti