...

Avropa Komissiyasının böhran durumunda Gürcüstana 2008 - ci ildəki köməyi 120 milyon avro təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2009 17:01 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 21 yanvar/ Trend / "Avropa Komissiyası Gürcüstana 120 milyon avroya çatmış böhransonrası maliyyə köməyinin yekunlarını həyata keçirib", -Avropa İttifaqının press-relizində deyilir.

Maliyyələşdirmənin əsas məqsədlərindən biri - ötən yüzilliyin 90-cı illərində və 2008-ci ilin avqustunda baş vermiş münaqişələr zamanı köçürülmüş şəxslərin ölkə daxilinə köçürülməsinə kömək və onların ehtiyaclarının ödənilməsidir. Gürcüstan üçün nəzərdə tutulmuş mütəmadi 42 milyon avroluq yardımın üzərinə əlavə olunan 120 milyonluq böhransonrası maliyyələşmə ilə birlikdə, ölkəyə maliyyə yardımının həcmi 160 milyon avronu ötüb.

"Avropa Komissiyasının Gürcüstana 2008 - 2010 - cu illərdə   yardım paketinin məqsədi məcburi köçkünlərə kömək və humanitar yardım göstərilməsi, iqtisadi bərpaya dəstək, makromaliyyə sabitliyi və ölkə infrastrukturunun yaradılmasıdır", - press - relizdə deyilir.

Aİ - nin büdcəsinə pul köçürmə yolu ilə Gürcüstanın təhlükəsizliyi sahəsində durumun sabitləşdirilməsi işinə dəstək də paketə daxildir.

Məqalə müəllifi ilə əlaqə  ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti