...

Azərbaycan və İran iqtisadi əməkdaşlıq barədə yeddi sənəd üzrə işi davam etdirməyə razılaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2009 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir E.Rüstəmov/ Azərbaycan və İran iqtisadi əməkdaşlıq barədə yeddi sənəd üzrə işi davam etdirməyi razılaşıb.

"Bu qərar Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq barədə hökümətlərarası komissiyanın yeddinci iclasından sonra qəbul olunub", - cümə axşamı jurnalistlərə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov, iclas başa çatdıqdan sonra deyib.

"İkitərəfli əməkdaşlıq üzrə aşağıdakı qrupların işi müəyyən edilib: energetika, kommunikasiya və nəqliyyat, iqtisadiyyat, ticarət, banklar, kənd təsərrüfatı, mədəniyyət və turizm, hüquqşunaslıq", - Məmmədyarov bildirib.

"Səkkizinci iclas Tehranda baş tutacaq. Onun keçirilmə tarixi hələ müəyyən edilməyib", - Məmmədyarov qeyd edib.

İran tərəfdən komissiyaya xarici işlər naziri Mənuçöhr Mottaki başçılıq edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti