...

Azərbaycan hökuməti antiböhran proqramı hazırlayır – Baş nazirin birinci müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2009 15:33 (UTC +04:00)
Azərbaycan hökuməti antiböhran proqramı hazırlayır – Baş nazirin birinci müavini

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir İ.Xəlilova /  

Baş nazirin birinci müavini Yaqub Eyyubov hökumətin 2008-ci ilin yekunları ilə bağlı hesabatı müzakirə edilən parlamentin plenar iclasında bildirib ki, Azərbaycan hökuməti tərəfindən antiböhran proqramı hazırlanır. 

Onun sözlərinə əsasən, ölkə prezidentinin 2008-ci il üzrə sosial-iqtisadi inkişafın yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında verdiyi tapşırıqdan sonra sözügedən proqramla bağlı işlər başlanılıb.

Hazırda hazırlanan bu antiböhran proqramı ixraca meylli müəssisələrə yardım, maliyyə nizam-intizamının gücləndirilməsi, bank sisteminin dayanaqlığının artırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, əhalinin aztəminatlı təbəqəsinin sosial təminatının gücləndirilməsi və inhisarçılığa qarşı mübarizə üzrə tədbirləri nəzərdə tutur.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti