...

Gürcü şərablarının tanıdılması məqsədilə Gürcüstan nümayəndə heyəti Türkiyəyə yollanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2009 13:35 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 mart / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın kənd təsərrüfatı naziri Bakur Kvezereli nümayəndə heyəti ilə birlikdə çərşənbə axşamı Türkiyəyə yollanıb. Nazirlikdən verilən məlumata görə, səfərin əsas məqsədi gürcü şərablarının Türkiyədə tanıdılmasıdır.

İki həftə əvvəl Gürcüstan prezidenti gürcü şərabçılarını passiv olduqlar, Türkiyə bazarını mənimsəməyə çalışmadıqları üçün tənqid edib. O bildirib ki, Türkiyənin kurort xəttində gürcü şərablarının satışı üçün böyük potensial var. Çünki orada əsasən ruslar, ukraynalılar və böyük məmnuniyyətlə şərab içən avropalılar dincəlir.

Gürcüstan nümayəndə heyəti türk iş adamları və mehmanxana şəbəkələrinin nümayəndələri ilə, onları gürcü məhsulu ilə maraqlandırmaq məqsədilə görüşəcəklər.

Martın 20-də Antalyada gürcü şərablarının sərgisi keçiriləcək. Nazir Kverezelinin sözlərinə görə, gürcü tərəfi sərginin böyük maraq doğuracağına ümid edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti