...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2009 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 may / Trend , müxbir N.İsmayılova /

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0001 bənd ucuzlaşıb (0,01 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80346 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi aprelin 28-də 1 ABŞ dolları üçün 0,8036 manat, minimum isə aprelin 27, 28 və 29-da 1 ABŞ dollarına 0,8034 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi  

20 aprel

0,8034

27 aprel

0,8034

21 aprel

0,8035

28 aprel

0,8036

22 aprel

0,8035

29 aprel

0,8034

23 aprel

0,8035

30 aprel

0,8034

24 aprel                                                        

0,8035 

1 may                                                  

0,8035 

Həftə ərzində orta  

0,80348

Həftə ərzində

orta

0,80346

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0002 bənd (0,04 faiz) möhkəmlənib. Orta məzənnə 1 ABŞ dollarına 0,80298 manat səviyyədə müəyyən olunub. 

Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): aprelin 27-də sövdələşmə 0,8030 AZN/USD məzənnəsi ilə $0,6 mln., aprelin 28-də 0,8031 AZN/USD məznnə ilə $6,51 mln., aprelin 29-da sövdələşməhəyata keçirilməyib və buna görə də məzənnə əvvəlki səviyyədə - 0,8031 AZN/USD qalıb, aprelin 30-da - 0,8028 AZN/USD məzənnəsi ilə $8,34 mln., və mayın 1-də - 0,8029 AZN/USD məzənnəsi ilə $5,12 mln.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi

20 aprel

0,8021

27 aprel

0,8030

21 aprel

0,8021

28 aprel

0,8031

22 aprel

0,8031

29 aprel

0,8031

23 aprel

0,8031

30 aprel

0,8028

24 aprel                                                       

0,8031

1 maq                                                 

0,8029

Həftə ərzində orta

0,8027

Həftə ərzində orta

0,80298

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti əvvəlki səviyyədə 8 manat səviyyəsində qalıb. Qiymətlərin bu cür düşməsi [2009-cu ildə çeklərinin dəyərinin 20 manatı üstələdiyi dövr olub] dövlət əmlakının özəlləşdirilməsi tempinin düşməsi ilə izah olunur.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti