...

Azərbaycanın sığorta şirkəti unikal sığorta proqramı təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2009 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend /  

Azərbaycanın sığorta şirkəti "Qarant Sığorta" fərdi müştərilər üçün unikal "Qarant Ev" əmlak sığorta proqramını təqdim edir. Bu barədə bankın cümə axşamı yayılmış məlumatında deyilir.

Proqrama əsasən, əmlak sahibləri yalnız 150 manat ödəməklə əmlak sığorta şəhadətnaməsi əldə edə bilərlər. Bu şəhadətnamə evlərin yanğın və partlayışdan 100 min manat, üçüncü şəxsin qarşısında məsuliyyət üzrə isə 10 min manat dəyərində sığortalanması deməkdir.

Məlumatda deyilir ki, bazar üzrə araşdırmalar göstərdi ki, insanlar rahat və operativ şəkildə mənzillərinin yanğın və partlayışdan sığortalanmasını istəyir.

"Azərbaycan sığorta bazarı üçün yenilik olan bu məhsulun qısa zaman ərzində kifayət qədər rezonans doğuracağına inanıram", - "Qarant Sığorta" Şirkətinin İdarə Heyətinin sədri Vaqif Həsənov bildirib.

"Qarant Ev" əmlak sığorta proqramının üstünlüklərindən biri də sığortalanma prosesinin maksimum sadə və operativ keçirilməsidir. Bunun üçün sığortalanan mənzilə baxış belə keçirilmir.

"Qarant Sığorta" şirkəti 27 noyabr 2007-ci il tarixində qeydiyyatdan keçsə də, faktiki fəaliyyətə 2008-ci ilin əvvəlində başlayıb. Şirkətin nizamnamə kapitalının həcmi 4 milyon manatdır.

Məyın 5-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti