...

"Financial Times" AccessBank-ı ən sabit banklardan biri kimi tanıyıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2009 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend /

"2009 Financial Times Sustainable Banking Awards" AccessBank-ı Şərqi Avropanın inkişaf edən maliyyə bazarlarında 3 əsas sabit banklardan biri kimi tanıyıb. Bu bəyanat Londonda keçirilmiş "2009 Financial Times Sustainable Banking" лonfransında səslənib. Belə ki, dünyanın maliyyə liderləri bu konfransda iştirak edərək bütün dünyada baş verən əsas problemləri müzakirə ediblər", - AccessBank-ın cümə günü yayılan məlumatında deyilir. 

"AccessBank üçün Beynəlxalq "Financial Times" mətbu orqanı tərəfindən inkişaf edən iqtisadiyyatın ən sabit banklarından biri statusuna layiq görülməsi böyük şərəfdir. Bu bəyanat AccessBank-ın bütün iqtisadi səviyyələrdə olan müştərilərin bank tələbatlarını ödəmək missiyasını növbəti dəfə təsdiq edir. Hazırkı iqtisadi mühitə baxmayaraq, AccessBank sübut edib ki, şüurlu və məsul bankçılıq mükəmməl bankçılıq deməkdir və bu, davamlı yüksəlişə və inkişafa kömək edir", - AccessBank-ın baş meneceri Endryu Pospilovski deyib.

Artıq 4 illik müddətdə mövcud olan bu təltifat, öz əməliyyatlarında, sosial sahədə, eləcə də ətraf mühitin mühafizəsi və korporativ idarəetmənin təmin olunması sahələrində sabitliyin yaradılması ilə əlaqədar innovasiya və liderlik nümayiş etdirmiş banklar və maliyyə təşkilatları üçün nəzərdə tutulub. Beş kateqoriyaya məxsus olan qaliblər, o cümlədən AccessBank-ın daxil olduğu İnkişaf edən İqtisadiyyatların Sabit Bankları, dünyanın 42 ölkəsindən 117 təşkilatın təqdim etdiyi 165 ərizə əsasında seçilib. 

AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16,5%) və Almaniyanın LFS Financial Systems GmbH (3,5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti