...

Azərbaycan bankı Parabank müəllimlər və səhiyyə işçiləri üçün "Həmrəy kreditləşmə" məhsulunu yaradıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2009 20:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend /

Müəllimlər və səhiyyə işçiləri üçün kreditlərin verilməsi üçün Parabank "Həmrəy kreditləşmə" məhsulunu yaradıb, çərşənbə axşamı yayılmış bankın məlumatında deyilir.

Bu məhsulun şərtlərinə görə, təhsil və səhiyyə işçiləri qarşılıqlı zəmanət formasında kredit ala bilərlər. Kreditin bu növü müştəriləri girov qoymaqdan azad edir. Müəllimlər və səhiyyə işçiləri "Həmrəy kredit'"dən minimum 7 adamın qarşılıqlı zəmanəti əsasında istifadə edə bilərlər. "Həmrəy kredit"ə müraciət edən hər yeddi nəfərdən biri girovsuz kredit alır.

İlk dəfə müraciət edən müəllimlər və səhiyyə işçiləri əmək məvaciblərinin 3 qat məbləğində kredit ala bilər. Əgər işçilər ikinci dəfə müraciət etsələr onlar məvaciblərinin 6 qatı həcmində kredit ala bilərlər.

"Həmrəy kredit"in üzvləri maksimum 20 adam olmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti