...

Azərbaycanın bank sektorunun kapitallaşdırılması təxminən 9%-ə qədər artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2009 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /  Trend , N. İsmayılova /

2009-cu ilin may ayı ərzində Azərbaycan bank sektorunun kapitallaşdırılması 1,6 faiz, ümumilikdə 1846,73 manat təşkil etməklə ilin əvvəli ilə müqayisədə 8,3 faiz artıb - Azərbaycan Mərkəzi Bankından çərşənbə günü məlumat verilib.

Mayın 1-nə olan vəziyyətə görə, 41 bankın ümumi kapitalı ilin əvvəlində 43 bankın ümumi kapitalından 10 milyon manat artıq olub. Müvafiq olaraq, bu kateqoriyadan olan bankların xüsusi çəkisi bütün bankların kapitalının ümumi həcmində 98,6 faizdən 97,5 faizə kimi azalıb. 

Xüsusi çəkisi 2,2 faiz olan 4 bankda kapital 5 milyon manatdan 10 milyon manata qədər həcmdə fomalaşıb, daha bir bank isə bunu 3,5 milyon manatdan 5 milyon manata qədər həcmdə ödəyib.

Hesabat aparılan müddətdə 46 bankın respublika ərazisində bank fəaliyyəti həyata keçirmək üçün lisenziyası olub. Keçən il ərzində iki bankın - demək olar ki, artıq çoxdan fəaliyyət göstərməyən Poctbank və Atlantbank-ın kapitallaşdırma tələblərini yerinə yetirməməsinə görə lisenziyasının geri alınması nəticəsində onların sayı azalib. Bank fəaliyyətinin yerinə yetirilməsi üçün icazə Naxçıvanbank ASC və Azfinans bank-a təqdim olunub.

Bugün ölkədə xarici kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərir. Onlardan 7 bankda xarici kapitalın xüsusi çəkisi 50-100 faiz arası, 14 bankda isə 50 faizə kimi formalaşıb. Ölkədə xarici bankların daha iki yerli filialı fəaliyyət göstərir.

Xaricdə fəaliyyət göstərən 9 bank strukturu mövcuddur, onlardan altısı nümayəndəlik, biri filial və ikisi törəmə bankdır. Eləcə də Azərbaycanda 4 xarici bank nümayəndəliyi fəaliyyət göstərir.

İyulun 1-nə rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti