...

Azərbaycanın ən böyük bankı kapitallaşdırmanı başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2009 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul / Trend , İ. Xəlilova /

Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmdarları bankın nizamnamə kapitalının 200 milyon manata çatdırılması üçün emissiya ödənişini başa çatdırıb, Beynəlxalq Bankın idarə heyətinin sədr müavini Vaqif Əkbərov  bildirib.

"Bankın əsas səhmdarı olan Maliyyə Nazirliyi özünün Beynəlxalq Bankdakı kapitalında 50,2 faizlik payının formalaşdırılmasını ay yarıma başa çatdırıb", - Əkbərov bildirib.

Onun sözlərinə görə, bank kapitallaşdırmanı gələcəkdə də davam etdirəcək, lakin nizamnamə kapitalının artırılması barədə hələ heç bir qərar qəbul olunmayıb.

Beynəlxalq Bankın idarə heyətinin sədri Cahangir Hacıyevin əvvəllər dediyi kimi, Mərkəzi Bank Beynəlxalq Banka nizamnamə kapitalını bir milyon manata qədər artırmağı tövsiyə edib.

Hacıyev həmçinin qeyd edib ki, bankın kapitallaşdırılmasının bu səviyyəyə qalxma imkanı səhmdarlardan asılıdır və həmin səhmdarların qərarlarından asılı olaraq, müvəqqəti çərçivələr qurulacaq.

Onun sözlərinə görə, hökumətin bank kapitalının artırılmasına yönəldilmiş, 2009-cu ildən etibarən gəlir vergisindən azad olma haqqındakı qanunu Beynəlxalq Banka hər il əlavə olaraq 10 milyon manat həcmində kapitallaşmaq imkanı verəcək. 2009-cu ilin birinci rübünün nəticələrinə görə, Beynəlxalq Bankın nağd gəliri ötən ilin həmin dövrü ilə müqayisədə 62,4 faiz artaraq 30,426 milyon manat təşkil edib.

"Beynəlxalq Bankın, həmçinin Mərkəzi Bankın menecmentinin mövqeyini öz aktivlərinin artımını qorumaq məqsədilə kapitalın artırılması təşkil edir və bu proses bu vaxta qədər olduğu kimi, tədricən və stabil olaraq həyata keçiriləcək", - Hacıyev qeyd edib.

100 milyon manatla qeydiyyatdan keçmiş bank səhmlərinin yeni emissiyalarının yerləşdirilməsinə keçən il sentyabrın 1-dən başlanıb. Bir səhmin nominal dəyəri 0,2 manat təşkil edir.

Kapital normativlərinin adekvatlığına riayət etmək üçün ilk öncə bankın nizamnamə kapitalının üç dəfə artırılması barədə fikir olub, ona görə də Mərkəzi Bank Beynəlxalq Banka nizamnamə kapitalının 300 milyon manata qədər artırılmasını tövsiyə edib.

Beynəlxalq Bank birinci rübü 3 308,8 milyon manat aktivlə bitirib ki, bu da 2008-ci ilin analoji dövrü ilə müqayisədə 14,5 faiz çoxdur. Beynəlxalq Bankın hesabat dövrü üçün ustav kapitalının 193,8 milyon manat olduğu vaxtda ümumi kapitalı 391,2 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının normativlərinə görə, kapitalın adekvatlığı üzrə tələb 12 faizdir, Bazel standartlarına əsasən, isə səkkiz faiz.

İyulun 4-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti