...

Bakıdakı yeni tikililərin qiyməti ucuzlaşmaqda davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2009 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir Ü.İsmayılova /

"May ayında Bakıda daşınmaz əmlakın ilkin bazarında bir kvadratmetr mənzilin qiyməti 1,7 faiz azalaraq 970 dollara düşüb. Aprel ayında bu rəqəm 987 dollar olub", - bazar ertəsi "Əmlak bazarının iştirakçıları" İctimai Birliyindən məlumat verilib.

May ayında Bakıda daşınmaz əmlakın ilkin bazarında 455 binanın tikintisi davam edib, 178 şirkət tikinti işlərini aparıb. Binaların çoxu (23,3 faiz) Bakının Yasamal rayonunda tikilir. Tikintinin həcmi üzrə ikinci yeri Xətai (20,2 faiz), üçüncü yeri isə Nəsimi (18,7 faiz) rayonu tutur. Bu tikinti işlərinin ümumi tikinti işlərinin portfelindəki xüsusi çəkisi 62,2 faiz təşkil edir.

May ayında yeni tikililərdə mənzillərin sahəsinin orta göstəricisi 1,7 faiz artaraq 123,8 kvadratmetr təşkil edib. Blokların orta göstəricisi 2,4, mərtəbə göstəricisi isə 15,1 kvadratmetr olub.

Toplu cədvəl yeni tikililərdə mənzil göstəriciləri və onların sahəsini göstərir:

Mənzillər

Mənzillərin sayı

Sahənin orta göstəricisi

Tikintidəki payı (faizlə)

Birotaqlı

10559

60,9

16,8

İkiotaqlı

19492

93,2

31,1

Üçotaqlı

24381

135,5

38,8

Dördotaqlı

7519

185

12

Beşotaqlı

1169

253,4

1,9

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti