...

Azərbaycanın Standartlaşdırma Komitəsi sağlamlıq üçün təhlükəli Çin mənşəli oyuncaqların satışı faktını təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2009 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə  Dövlət Komitəsi uşaq oyuncaqlarının keyfiyyətinin yoxlanılması üzrə monitorinqin yekunlarını elan edib, bu barədə komitənin bazar ertəsi yayılmış məlumatında deyilir.

Monitorinqlər Bakının Səbail, Nəsimi və Qaradağ rayonlarında aparılıb, məlumatda deyilir. Komitənin əməkdaşları yoxlama yerlərindən Çin və Rusiya istehsalı olan uşaq oyuncaqlarından nümunələr götürüb, Dövlət Komitəsinin nəzdindəki laboratoriyada yoxlayıblar.

Təhlilin nəticələrinə əsasən, oyuncaqların tərkibində ağır metallar aşkar edilib, oyuncaqların qoxusu norma həddini keçib, rənglər və oyuncaqların tikişləri davamlı deyil.

"Bütün bu pozuntular insan orqanizmi üçün ciddi təhlükə yaradır", - deyə məlumatda deyilir.

Monitorinqlər aparılan maqazinlərdə keyfiyyət sertifikatı olmayan oyuncaqlar da aşkar edilib.

"Keyfiyyətsiz istehsal üzrə bütün faktlar Çin oyuncaqlarında aşkar edilib", - deyə məlumatda deyilir.

Müəssisə sahibindən satışdan sağlamlıq üçün təhlükəli oyuncaqların çıxarılması tələb olunub.

Standartlaşdırma üzrə Dövlət Komitəsi sağlamlıq üçün təhlükəli olan oyuncaqların satıldığı satış məntəqələrinin siyahısını elan edib:

- Bakının Səbail rayonu  - "Bayıl" maqazini,

- Nəsimi rayonu - dəmiryolu vağzalında Vüqar Hüseynova məxsus dükan, Azadlıq prospekti 84-də, dəmiryolu vağzalında Tatyana İsmayılovaya məxsus dükan, Qasımzadə küçəsi 19-da, Dəmiryolu vağzalında Hüseyn Cabbarova məxsus dükan, 

Qaradağ rayonunda  "Sədərək" ticarət mərkəzindəki 66, 45, 82, 17 saylı dükanlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti