...

Gömrük Məcəlləsinin yeni variantının qəbulu payızda baş verə bilər - DGK

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2009 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir Ü.İsmayılova /

"Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) ümid edir ki, Azərbaycanın Gömrük Məcəlləsinin layihəsi parlamentin payız sessiyasının gedişində qəbul ediləcək", - cümə günü DGK sədrinin birinci müavini Əsgər Abdullayev deyib.

"Hazırda DGK rəy alınması üçün bütün müvafiq dövlət qurumlarına məcəllənin layihəsini göndərib", - Abdullayev bildirib.

Qanunvericilik bazasının beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirilməsi gömrük xidmətinin təkmilləşdirilməsi üzrə BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqının layihələri çərçivəsində nəzərdə tutulub. Azərbaycanda gömrük sisteminin davamlı inkişafının təminatı üçün məqsədlərdən biri Gömrük Məcəlləsinin yeni variantının hazırlanması olub.

Bunun üçün əvvəllər Rusiya və Qazaxıstanda işləmiş ekspert dəvət edilib. Məcəllədə informasiya texnologiyaları tətbiq edilib, həmçinin əsas diqqət gömrük əməkdaşının imkanları və fəaliyyətini göstərən maddələrə yetirilib.

Məcəllənin hazırkı variantı 1997-ci ildə qəbul edilib. 2007-ci ilin fevralında gömrük sisteminin beşillik inkişaf proqramı təsdiq edilib. Bu proqramın prioritetləri gömrük orqanlarının maddi-texniki bazasının yaxşılaşdırılması, kadr hazırlığı, gömrük nəzarəti sisteminin gücləndirilməsi, fiskal funksiyaların yerinə yetirilməsi, gömrük cinayətləri ilə mübarizə, gömrük sahəsində müasir informasiya texnologiyalarının tətbiqidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti