...

Azərbaycanda sərfəli qiymətli mənzillərlə bağlı defisit müşahidə edilir - bazar iştirakçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2009 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycan bazarında sərfəli qiymətli orta təmirli mənzillərlə  bağlı defisit müşahidə edilir. Bu barədə bazar ertəsi Bakı Rieltorlar Assosiasiyasının prezidenti Vəfadar Axundov bildirib.

"İpoteke kreditinin bərpası ilə bazarın aktivliyinin 50-60 faiz artmasına baxmayaraq tələbat artıb, lakin bir çox potensial müştərilər sərfəli qiymətə mənzil əldə edə bilmirlər", - deyə Axundov bildirib.

Onun sözlərinə əsasən, sərfəli qimətə mənzil defisiti problemi ilə üzləşən "alverçilər" də fəallaşıb. 

Axundov bildirib ki, aktivliyin artması yaşayış mənzillərin qiymətinin cüzi dərəcədə - altı-yeddi faiz artmasına gətirib çıxarıb.

"Bu qiymətlərin cüzi artımıdır və yaxın zamanlarda qiymətlərin əhəmiyyətli dərəcədə artmasını gözləməyə dəyməz", - Axundov deyib.

Assosiasiya prezidentinin sözlərinə əsasən, bazarın tam fəallaşmasının təmin edilməsi üçün bazara minimum 170 milyon dolar vəsaitin buraxılması tələb olunur.

"Azərbaycanın daşınmaz əmlak bazarı özünün əvvəlki aktivlik səviyyəsinə bazara əhəmiyyətli dərəcədə vəsaitin buraxılmasından sonra qayıda bilər", - Axundov qeyd edib.

Bakı Rieltorlar Assosiasiyasının təsisçiləri "MBA Group", "New Europe" rieltor şirkəti və "Bakı Əmlak"-dır. 2008-ci ilin oktyabrında assosiasiya Azərbaycanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Hazırda assosiasiyanın 80 üzvü var. Assosiasiyaya üzvlük haqqı 100 manat təşkil edir.

Assosiasiyanın əsas vəzifəsi Azərbaycanda rieltor fəaliyyətinin funksiyasının standartlarının müəyyən edilməsi, xüsusi peşəkar hazırlıq mərkəzinin yaradılması, həmçinin rieltorlara sertifikasiya sisteminin tətbiqidir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı : [email protected]

Xəbər lenti

Xəbər lenti