...

Gürcüstan Dəmir Yolu Senaki-Kvaloni mənzilindəki keçidin yenidən qurulması üzrə tender elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2009 16:09 (UTC +04:00)
"Gürcüstan Dəmir Yolu" MMC Senaki - Kvaloni mənzilindəki idarə olunan keçidin yenidənqurması üzrə tender elan edir.
Gürcüstan Dəmir Yolu Senaki-Kvaloni mənzilindəki keçidin yenidən qurulması üzrə tender elan edir

Gürcüstan, Tbilisi, 27 iyul / Trend , müxbir N.Kirsxaliya /

"Gürcüstan Dəmir Yolu" MMC Senaki-Kvaloni mənzilindəki idarə olunan dəmiryol keçidinin yenidən qurulması üzrə tender elan edir.

"Tenderdə iştirak etmək istəyənlər "Respublika" bankındakı 10494921495 saylı hesaba (kod 220101757) 500 lari rüsum ödəməlidirlər", - MMC-dən bildirilib.

Tender üzrə sənədləşdirilmə işi və işçi layihə iyulun 24-dən avqustun 13-nə qədər aparılacaq.

İşlərin yerinə yetirilmə müddəti müqavilənin imzalanmasından bir ay sonraya qədərdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti