...

Azərbaycanda 640 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2009 20:31 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak bazarında keçirdiyi növbəti monitorinqlər zamanı 640 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsullarını satışdan çıxararaq məhv edib.
Azərbaycanda 640 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir N.İsmayılova /

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak bazarında keçirdiyi növbəti monitorinqlər zamanı 640 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsullarını satışdan çıxararaq məhv edib. Bu barədə nazirliyin cümə axşamı yayılmış məlumatında deyilir.

Monitorinqlər Bakının Nəsimi, Binəqədi, Yasamal, Nərimanov, Nizami rayonlarında, həmçinin Gəncə və Zaqatala şəhərlərində keçirilib.

Mağazalarda istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, sərinləşdirici içkilər, pivə və s. aşkar edilərək satışdan çıxarılıb.

Qanunvericiliyin tələbini pozmuş 1 hüquqi və 19 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Qeyd edək ki, 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Qanun qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 40 hüquqi şəxsə 156,5 min manat, 252 fiziki şəxsə 38,5 min manat cərimə tətbiq olunub.

Avqustun 06-na olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti