...

Bank Standard Azərbaycan İpoteka Fondunun xətti ilə 45 ipoteka krediti verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2009 13:21 (UTC +04:00)
"Azərbaycanın ən böyük özəl banklarından biri - Bank Standard Azərbaycan İpoteka Fondu (AİF) xətti ilə 45 ipoteka krediti verib. Belə kreditlər hesabına alınan mənzillərin ümumi sayında 40 faiz daşınmaz əmlakın ilkin, qalan 60 faiz isə təkrar bazarın payına düşüb", - bankın cümə axşamı yayılan məlumatında deyilir.
Bank Standard Azərbaycan İpoteka Fondunun xətti ilə 45 ipoteka krediti verib

Azərbaycan, Bakı, 20 avqust / Trend /

"Azərbaycanın ən böyük özəl banklarından biri - Bank Standard Azərbaycan İpoteka Fondu (AİF) xəttilə 45 ipoteka krediti verib. Belə kreditlər hesabına alınan mənzillərin ümumi sayında 40 faiz daşınmaz əmlakın ilkin, qalan 60 faiz isə təkrar bazarın payına düşüb", - bankın cümə axşamı yayılan məlumatında deyilir.

AİF xətti ilə ipoteka kreditləşməsi bərpa olunan vaxtdan bu günə kimi Bank Standard yaşayış sahəsinin alınması məqsədilə kredit ayrılması üçün edilmiş 115 müraciətdən 60-na müsbət cavab verib.

Bu məqsədlə verilmiş kreditlərin sayı 45, ümumi məbləği isə 1 mln. 880 min manat təşkil edib. Bu kreditlərdən ümumi məbləği 171 min manat olan 5 kredit güzəştli (sosial) şərtlərlə gənc ailələrə və hərbçilərə verilib.

AİF-in vəsaiti hesabına maliyyələşən ipoteka kreditləri Bank Standard tərəfindən Azərbaycan vətəndaşlarına milli valyutada, daşınmaz əmlakın girovu ilə təmin olunması şərtilə illik 8%-lə 25 ilədək olan müddətə verilir. Güzəştli ipoteka kreditləri isə illik 4% olmaqla 35 il müddətinədək rəsmiləşdirilir.

Bank Standard ölkənin Mərkəzi Bankının nəzdində fəaliyyət göstərən İpoteka Fondunun müvəkkil banklarının siyahısına həmin fondun fəaliyyətə başladığı vaxtdan daxil edilib. AİF ilə sıx korporativ əməkdaşlıq edən bank vətəndaşlardan yeni müraciətlər qəbul etməkdə davam edir. Əməkdaşlıq dövrü ərzində bank tərəfindən dövlət proqramları çərçivəsində cəmi 12 mln. manat həcmində 312 ipoteka krediti, o cümlədən 564 min manat həcmində 18 güzəştli ipoteka krediti rəsmiləşib.

2005-ci ildə Azərbaycanda ilk ipoteka krediti verməklə ipoteka kreditləşməsinin qabaqcılı kimi Bank Standard indiyə qədər öz ipoteka proqramları çərçivəsində 6 mln. manat məbləğində 160 ipoteka krediti verib, bununla da bir çox vətəndaşa mənzil probleminin həllində dəstək verib.

Avqustun 20-nə olan rəsmi məzənnə 0,804 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: capital@trend

Xəbər lenti

Xəbər lenti