Azərbaycan "donuz qripi"nin yayılmasının qarşısının alınmasına dair tösiyələrini təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2009 14:50 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Ağciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun nümayəndələri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) A/H1N1 virusu pandemiyasının yayılmasının qarşısının alınmasında Cənub-Şərqi və Şərqi Avropa ölkələrinə kömək göstərilməsi məqsədilə keçirilən iclasında iştirak ediblər. Bu barədə cümə axşamı Nazirlikdən verilən məlumatda deyilib.
Azərbaycan "donuz qripi"nin yayılmasının qarşısının alınmasına dair tösiyələrini təqdim edib

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycan Səhiyyə Nazirliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Ağciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun nümayəndələri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) A/H1N1 virusu pandemiyasının yayəlmasının qarşısının alınmasında Cənub-Şərqi və Şərqi Avropa ölkələrinə kömək göstərilməsi məqsədilə keçirilən iclasında iştirak ediblər. Bu barədə cümə axşamı Nazirlikdən verilən məlumatda deyilib.

"Azərbaycan nümayəndələri iclasda "donuz qripi"nin yayılmasının qarşısının alınması üzrə öz tövsiyələrini veriblər", - məlumatda deyilir.

Müşavirədə qeyd edilib ki, hazırda ÜST A/H1N1 əleyhinə vaksinin hazırlanması üzərində çalışır və yaxın aylarda onun tətbiqi üzrə tövsiyələr veriləcək.

ÜST-in iclası Kopenhagendə keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti