Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir N.İsmayılova /
Azərbaycan bankları iqtisadiyyat üzrə kreditləşməni 2009-cu ilin iyulunda 11,8 faiz, ilin əvvəlindən 0,92 faiz, illik hesablama ilə isə 13,6 faiz artırıblar. Bu barədə cümə günü Azərbaycan Mərkəzi Bankından bildirilib.
MB-nin məlumatına görə, avqustun 1-nə banklar tərəfindən 72229,2 milyon manat (o cümlədən 3856,5 milyon manat milli valyuta ilə, 3372,7 milyon manatı xarici valyuta ilə) verilib. İyulun 1-nə bu göstərici 6463,8 milyon manat (müvafiq olaraq 3469,9 milyon manat və 2993,9 milyon manat), 2009-cu il yanvarın 1-nə 7163,2 milyon manat (3649 milyon manat və 3514,2 milyon manat), 2008-ci il avqustun 1-nə isə 6361,5 milyon manat (3448,6 milyon manat və 2912,9 milyon manat) olub.
2009-cu il avqustun 1-nə milli valyuita ilə verilmiş kreditlərin payı 53,3 faiz, xarici valyuta ilə verilənlərin payı isə 46,7 faiz təşkil edib.
Ümumi portfeldən 262,4 milyon manat vaxtı keçmiş borclar olub. İyulun 1-nə bu rəqəm 242,8 milyon manat, 2009-cu il 1 yanvara 159,8 milyon manat, 2008-ci il avqustun 1-nə isə 109,3 milyon manat olub. Vaxtıkeçmiş kreditlərin statistikası Aqrarkredit qeyri-bank kredit təşkilatının analoji borclarını nəzərə almır.
Qısamüddətli kreditlər 2116,6 milyon manat təşkil edib (141,2 milyon manat vaxtıkeçmiş borclar daxil olmaqla). Bu göstərici iyulun 1-nə 2119,4 milyon manat (127,8 milyon manat vaxtıkeçmiş borclar daxil olmaqla), 2009-cu il yanvarın 1-nə 2295,9 milyon manat (96,7 milyon manat vaxtıkeçmiş borclar) təşkil edib. İyul ərzində iqtisadiyyatda qısamüddətli kreditlərin həcmi 0,1 faiz, ilin əvvəlindən 7,8 faiz azalıb. 2009-cu il avqustun 1-nə 43,2 faiz qısamüddətli kreditləşmə və 38,3 faiz vaxtıötmüşlər SDV-nin payına düşür.
Uzunmüddəti kreditləşmə 5112,6 milyon manat təşkil edib (121,2 milyon manat vaxtıkeçmiş borclar daxil olmaqla). İyulun 1-nə bu rəqəm 4344,4 milyon manat (114,9 milyon manat vaxtıkeçmişborclar daxil olmaqla), cari ilin yanvarın 1-nə 4867,3 milyon manat (63,1 milyon manat) olub. İyul ərzində uzunmüddətli kreditləşmənin həcmi 17,7 faiz, ilin əvvəlindən 5,04 faiz artıb. İyunun 1-nə 48,1 faiz uzunmüddətli kreditləşmə və 27,97 faiz vaxtıötmüş borclar SDV-nin payına düşüb.
MB-nin məlumatında göstərildiyi kimi, 2009-cu il 1 avqusta ölkənin yeganə dövlət bankı (Azərbaycan Beynəlxalq Bankı) tərəfindən 3298,8 milyon manatlıq, 45,6 faizlik xüsusi çəki ilə kreditlər verilib (iyul ərzində 29,1 faiz artıb), özəl banklar isə 51,9 faizlik xüsusi çəki ilə 3748,5 milyon manatlıq kreditlər verib (iyul ərzində 0,4 faiz artıb). Qalan 2,5 faiz qeyri-bank kredit təşkilatlarının payına düşür. Onlar 182 milyon manat veriblər.
Sentyabrın 11-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]