...

"Unibank" Premyer Liqanın baş sponsoru olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2009 16:52 (UTC +04:00)
"Unibank" ASC kommersiya bankı Premyer Liqanın baş sponsoru olub.
"Unibank" Premyer Liqanın baş sponsoru olub

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir A.Bədəlova /

"Unibank" ASC kommersiya bankı Premyer Liqanın baş sponsoru olub.

"Unibank"-ın Premyer Liqanın rəsmi sponsoru statusunu aldığı üçillik müqavilə cümə axşamı bankın İdarə Heyətinin sədri Faiq Hüseynovla Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev arasında bağlanıb. Müqavilə bank spotlarının və reklam bannerlərinin yerləşdirilməsini, Liqanın oyunları zamanı sponsorun simvollarından istifadə edilməsini, həmçinin futbol üzrə çempionatın keçirilməsi zamanı xüsusi reklam kampaniyalarının hazırlanmasını nəzərdə tutur.

PFL-in prezidenti Musayevin sözlərinə görə, bu sponsor razılaşması Azərbaycan biznes və idmanının ortaqlığının başlanğıcı hesab edilir ki, bundan da ən çox qazanan futbolçular olacaq.

"Bizə Liqaya sponsorluq barədə başqa təkliflərin də gəldiyini gizlətmirəm. Lakin onların arasında ən yaxşısı "Unibank"-ın təklif paketi olub", - müqavilənin imzalanma mərasimində Musayev deyib. Onun sözlərinə görə, PFL sponsordan alınan vəsaitlərin bir hissəsini stadionların bərpasına, həmçinin Ramana qəsəbəsində "Şuşa" stadionunun inşasına sərf edəcək.

"Unibank" və PFL arasında imzalanan müqavilənin şərtlərinə uyğun olaraq, futbol üzrə ölkə birinciliyi "Unibank Premyer Liqası" rəsmi adını daşıyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti