Azərbaycan, Bakı, 24 sentyabr / Trend /
Azərbaycan Nazirlər Kabineti "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşıma qaydalarını təsdiq edib.
Daşınma qaydaları Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli 141 saylı qərarı ilə təsdiq edilib.
Qərar imzalandığı gündən qüvvəyə minir.