...

Azərbaycanda ünvanlı sosial yardım alanların sayı azalıb - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2009 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanda ünvanlı sosial yardım (ÜSY) alanların sayı 180 min nəfərdən 144 min nəfərə qədər azalıb, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov deyib.

"ÜSY alanların sayı obyektiv səbəblərə görə azalıb", - nazir deyib. Onun sözlərinə görə, bu situasiya reabilitasiya proqramlarının genişləndirilməsi və sosial xidmətlərin müxtəlifliyinin artması nəticəsində baş verib.

Ələkbərovun sözlərinə görə, Azərbaycanda ÜSY-i əsasən çox uşaqlı ailələr alır.

Nazir deyib ki, Azərbaycan əhalisinin 50 faizini uşaqlar təşkil edir ki, bu da ölkənin demoqrafik inkişafına müsbət təsir göstərir.

Onun sözlərinə görə, ünvanlı sosial yardımın verilməsi dayandırılmayacaq. "ÜSY vəsaitləri ölkə iqtisadiyyatının inkişafına cəlb olunduğu üçün bu proqram davam etdiriləcək - bu pulların 83 faizi ərzaq məhsullarının alınmasına xərclənir", - o əlavə edib.

"Ölkədə həmçinin, ÜSY verilməsində gecikmələr müşahidə olunmur, gecikmələr yalnız texniki problemlərlə bağlı ola bilər", - nazir deyib.

Azərbaycanda ÜSY tətbiqinə 2006-cı il iyulun 1-dən başlanılıb. 2009-cu il iyulun 1-nə olan vəziyyətə görə, ölkədə 179,5 min ailə (817,35 min nəfər) ÜSY alıb. Ölkədə bir ailənin payına düşən ÜSY-in orta aylıq məbləği 98,19 manat, bir nəfərə düşən məbləğ isə 21,56 manat təşkil edir. ÜSY alanların ümumi sayının 77,8 faizinə müavinət ilk dəfə verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti