...

Azərbaycanın bütün gömrük-buraxılış məntəqələrində bədən hərarətini ölçmək üçün avadanlıq quraşdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2009 18:21 (UTC +04:00)
Azərbaycanın bütün gömrük-buraxılış məntəqələrində "donuz qripi - "A/H1N1 virusunun profilaktikası məqsədilə insan bədəninin hərarətini ölçmək üçün "Thermo vision" adlı xüsusi avadanlıq quraşdırılacaq. Bu barədə çərşənbə axşamı Azərbaycan Dövlət Gömrük Komitəsinin məsul əməkdaşı Rəhman Sadıqov deyib.
Azərbaycanın bütün gömrük-buraxılış məntəqələrində bədən hərarətini ölçmək üçün avadanlıq quraşdırılacaq

Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın bütün gömrük-buraxılış məntəqələrində "donuz qripi - "A/H1N1 virusunun profilaktikası məqsədilə insan bədəninin hərarətini ölçmək üçün "Thermo vision" adlı xüsusi avadanlıq quraşdırılacaq. Bu barədə çərşənbə axşamı Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) məsul əməkdaşı Rəhman Sadıqov deyib.

"Thermo vision" insan hərarətini 15 metr məsafədən müəyyən edir", - Sadıqov deyib.

Onun sözlərinə görə, hazırda bu cür avadanlıq Bakı aeroportunda quraşdırılıb və gələcəkdə ölkənin bütün gömrük məntəqələrində quraşdırılacaq.

"DGK "donuz qripi" virusunun profilaktikası məqsədi ilə gücləndirilmiş iş rejiminə keçib", - komitə sədri Aydın Əliyev deyib.

"Dövlət komitəsi müvafiq ədəbiyyat və normativ sənədlər alıb. Biz "donuz qripi" virusunun profilaktikası məqsədilə ölkənin Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edirik", - Əliyev bildirib.

Onun sözlərinə görə, tibb işçiləri heyəti gömrük-buraxılış məntəqələrində gecə-gündüz işləyirlər.

"Donuz qripi" demək olar ki, bütün dünyanın problemidir və bu məqsədlə DGK yaxın vaxtlarda Gəncə aeroportunda və ölkənin digər gömrük-buraxılış məntəqələrində quraşdırmaq üçün bu avadanlıqdan daha 10 ədəd gətirmək niyyətindədir", - Dövlət Gömrük Komitəsinin rəhbəri deyib.

Əliyev həmçinin deyib ki, artıq bir neçə ay əvvəl DGK sərnişinlərin sağlamlığı haqqında bəyannamə sistemi tətbiq edib.

Azərbaycanda indiyədək bu qripə 14 yoluxma halı aşkar edilib. Onlardan 13-ü tam sağalıb, bir nəfər isə Ağciyər Xəstəlikləri İnstitutunda yerləşir. Xəstə sabah, sonuncu tam müayinədən sonra evə buraxılmalıdır

Azərbaycan Səhiyə Nazirliyinin tərkibinə daxil olan bütün tibb müəssisələri ölkədə A/H1N1 virusunun yayılması ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçiblər. Nazirlik bütün tibb işçiləri heyətinə, müəssisələrdə profilaktik tədbirlər keçirilməsinə və yerli poliklinikalarda qeydiyyatdan keçmiş bütün şəxslərin territorial yoxlanılmasına dair tapşırıq verib.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycana pulsuz ayrılan virusa qarşı vaksinlərin birinci partiyası noyabrın sonunda gətiriləcək. Vaksinləmə dekabrdan başlayacaq və təhlükə qrupuna daxil olan adamlar arasında keçiriləcək.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, indiyədək "donuz qripi"ndən 209 ölkədə 6,260 min nəfər ölüb. Onlardan 5336 faktda A/H1N1 virusunun olması təsdiqini tapmayıb

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti