...

Azərbaycan və Rusiya avtonəqliyyatın daşınması üçün dəniz marşrutu açmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2009 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Rusiyanın Həştərxan vilayəti nümayəndə heyətinin Bakıda apardığı danışıqlar zamanı avtonəqliyyatın gəmilərlə daşınması üçün bərə yük xəttinin açılışı üzrə prinsipial razılaşma əldə olunub. Bu barədə cümə günü Bakıda vitse-qubernator - Həştərxan vilayətinin hökumət rəhbəri Konstantin Markelov deyib.

"Hazırda yüklərin birləşdirilməsi və təşkil edilməsi işləri ilə əlaqədar texniki məsələr qalır", - Markelov deyib.

"2006-cı ildə Azərbaycan və Rusiya arasında Olya limanı ilə Bakını birləşdirən "Xəzər" bərə yük xətti artıq mövcud idi. "Xəzər" xəttində işləyən əsas gəmi Azərbaycan bayrağı altında üzən "Bəstəkar Qara Qarayev" gəmisi olub.

Bu gəmi göyərtəsində "КамAZ" markalı 60 avtomobil və ya 40 qoşqulu yük maşını saxlamaq iqtidarındadır. Hərəkət vaxtı təxminən 2 gün təşkil edir.

Həştərxan vilayəti nümayəndələrinin qeyd etdiyi kimi, gələcəkdə dəmiryol keçid bərəsinin açılışı mümkündür. Lakin bunun üçün Rusiya hava limanı Olyada nəqliyyat infrastrukturunun yaradılması vacibdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti