...

Azərbaycan, İran və Rusiya dəmiryol işçiləri Şimal-Cənub layihəsini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2009 15:00 (UTC +04:00)
İranda "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara (İran) - Astara (Azərbaycan) marşrutu üzsrə dəmir yollarının çəkilməsi layihəsi çərçivəsində Azərbaycan, Rusiya və İran dəmiryol işçilərinin iclası keçirilib.
Azərbaycan, İran və Rusiya dəmiryol işçiləri Şimal-Cənub layihəsini müzakirə ediblər

Azərbaycan, Bakı, 23 dekabr / Trend /

İranda "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara (İran) - Astara (Azərbaycan) marşrutu üzsrə dəmir yollarının çəkilməsi layihəsi çərçivəsində Azərbaycan, Rusiya və İran dəmiryol işçilərinin iclası keçirilib. MEHR informasiya agentliyi bu haqda məlumat yayıb.

İran Dəmir Yolları Dövlət İdarəsinin beynəlxalq əlaqələr üzrə direktoru Abbas Nəzərinin sözlərinə görə, dəmir yolunun uzunluğu 175 kilometr təşkil edir. 168 kilometr İranın, 7 kilometr isə Azərbaycanın payına düşür.

Nəzəri deyib ki, ikigünlük iclas zamanı tərəflər yolların inşası, bu sazişin texniki və iqtisadi məsələləri zamanı istifadə ediləcək BOT müqavilənin (Buy Operate Transfer) ilkin variantını müzakirə ediblər.

Nəzəri deyib ki, dəmir yollarının salınması məqsədilə İran, Rusiya və Azərbaycan arasında birgə şirkət yaradılması planlaşdırılır. O əlavə edib ki, Rəşt-Astara dəmiryolu üzrə araşdırmalar 90% başa çatıb.

Xəbər lenti

Xəbər lenti