Azərbaycan, Bakı, 30 yanvar/ Trend , müxbir N.İsmayılova/
Azərbaycanın İqtisadi İnkişaf nazirlyi yanında Sahibkarlığa Dəstək Milli Fondu "Əhalinin 2008-2015-ci illərdə ərzaq məhsulları ilə etibarlı təmin edilməsi" dövlət proqramı çərçivəsində iribuynuzlu südlük mal-qara üçün heyvandarlıq komplekslərinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə təkliflərin qəbulunu elan edib, SDMF-nun məlumatında deyilir.
İnvestisiya təklifləri Azərbaycanın Abşeron, Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran, Şəki Zaqatala və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə qəbul edilir.
İnvestisiya müsabiqəsinin xüsusiyyətlərinə aiddir - investisiya layihəsi minimum 100 başdan ibarət iribuynuzlu südlük mal-qara üçün heyvandarlıq kommpleksinin yaradılmasını nəzərdə tutur, istehsal obyektinin inşası üçün seçilən ərazi səmərəli ifrastruktura malik olmalıdır, heyvandarlıq kompleksi beynəlxalq standartlara cavab verən texnologiya ilə təchiz edilməli, onun tərkibinə beynəlxalq standartlara cavab verən laboratoriya daxil olmalıdır. Yemə olan tələbatın ödənilməsi məqsədilə əkin sahəsi ayrılmalı və yem istehsalçıları ilə danışıqlar aparılmalıdır. İribuynzlu südlük mal-qara iqlim şəraitinə uyğun gəlməli və yüksək məhsuldarlığa sahib olmalıdır.
İnvestisiya layihəsi optimal müddətdə həyata keçirilməlidir. İnvestisa layihəsinin minimum 30%-i sahibkarlıq subyektinin şəxsi vəsaiti hesabına maliyyələşib.
İnvestisiya layihısinin maliyyələşməsində Azərbaycan İnvestisiya Şirkətinin və ya onun tərəmə şirkətlərinin iştirakı mümkün ola bilər.
Sahibkarlıq subyektləri ilk növbədə maliyyələşməyə görə SDMF-nun səlahiyyətli kredit təşkilatlarına müraciət etməlidir. Kredit təşkilatı investisiya layihısinin maliyyələşməsi haqda müsbət qərar veridiyi halda o, 1 aprel 2010-cu ilədək saat 18:00-a qədər SDMF-ya təqdim olunmalıdır.
İnvestisiya təkliflərinin 2010-cu il aprel ayının 2-də İqtisadi İnkişaf Nazirliyinin elmi-tədqiqat İnstitunda açılması planlaşdırılıb.
İnvestisiya müsabiqəsinin qalibi 2010-cu il aprelin 15-də saat 12:00-da elan ediləcək.