...

Azərbaycanda ipoteka istiqrazlarının ikinci emissiyasının növbəti hissəsinin yerləşdirilməsi elan olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2010 20:52 (UTC +04:00)
Fevralın 8-dən ölkənin Mərkəzi Bankının yanında fəaliyyət göstərən Azərbaycan İpotelka Fondunun 3 milion manat həcmində faizli, sənədsiz, təmin edilməmiş, adlı istiqrazlarının ikinci hissəsinin yerləşdirilməsinə başlanacaq.
Azərbaycanda ipoteka istiqrazlarının ikinci emissiyasının növbəti hissəsinin yerləşdirilməsi elan olunub

Azərbaycan, Bakı, 04 fevral / Trend /

Fevralın 8-dən ölkənin Mərkəzi Bankının yanında fəaliyyət göstərən Azərbaycan İpotelka Fondunun 3 milion manat həcmində faizli, sənədsiz, təmin edilməmiş, adlı istiqrazlarının ikinci hissəsinin yerləşdirilməsinə başlanacaq. Bu barədə Bakı Fond Birjasında cümə axşamı yayılan məlumatda deyilir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi yerləşdirmə üsulu ilə Bakı Fond Birjasında aparılacaq. İstiqrazlar hərraca 100,0632 manatlıq cari qiymətlə çıxarılacaq.

İstiqrazların ödənilməsi tarixi 11 dekabr 2019-cu ildir.

Tələbin təklifi üstələdiyi halda bütün ərizələr proporsional qaydada təmin ediləcək. İstiqrazların yerləşdirilməsinin ilkin təşkilatçılsı rolunda Azərbaycanın Mərkəzi Bankı iştirak edəcək.

İstiqrazların ikinci emissiyasının yerləşdirilməsi 2010-cu ilin fevral ayından başlayıb və indiyədək 3 milyon manatlıq istiqraz paylanıb.

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan brokerə müraciət edə bilərlər.

AİF istiqrazlarının emissiya prospekti QKDK tərəfindən 2009-cu il 30 dekabr tarixində qeydə alınıb.

Emissiyaların ümumi həcmi 3,25%-lik gəlirliliklə 75 milyon manat təşkil edir.

Fevralın 04-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti