...

2009-cu ildə Azərbaycanda 100 müəssisədə məhsul istehsalına qadağa qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2010 17:15 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2009-cu ildə satılan mallara və istehsalın keyfiyyətinə dövlət nəzarətinin keçirilməsi zamanı 100 müəssisədə malların istehsalına qadağa qoyub. Bu barədə Dövlət Komitəsinin sədir Ramiz Həsənov cümə günü keçirilən mətbuat konfransında bildirib.
2009-cu ildə Azərbaycanda 100 müəssisədə məhsul istehsalına qadağa qoyulub

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir Ü.İsmayılova/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2009-cu ildə satılan mallara və istehsalın keyfiyyətinə dövlət nəzarətinin keçirilməsi zamanı 100 müəssisədə malların istehsalına qadağa qoyub. Bu barədə Dövlət Komitəsinin sədir Ramiz Həsənov cümə günü keçirilən mətbuat konfransında bildirib.

"Bu müəssisələrdə ümumi məbləği 390 min manat olan 340 növdə istifadəyə yararsız mallar aşkar edilib. Nəticədə 277 müəssisəyə töhmət, 433 müəssisəyə isə tələb verilib", - Həsənov deyib.

Onun sözlərinə görə, ciddi pozuntuların aşkar edildiyi müəssisələrə 118 protokol tərtib edilib və ümumi məbləği 76 475 manat olan cərimə verilib.

Həsənovun sözlərinə görə, 2009-cu ildə qida sənayesi sahəsində monitorinqlər aparılıb. Bu zaman 40 ton şirniyyat məhulları, 1000 ton düyü, 10 ton balıq konservi, 60 min litr alkoqolsuz içkilər və meyvə şirələri, 7,3 ton un, 10 ton süd və 8,5 ton tərəvəz aşkar edilərək məhv edilib. Məhv edilən mallar arasında yerli və idxal edilən məhsullar olub.

Xəbər lenti

Xəbər lenti