...

Azərbaycanda yanvar ayında inflyasiya 0,5 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2010 11:19 (UTC +04:00)
İstehlak mallarının qiyməti və xidmət tarifləri bu ilin yanvarında 2009-cu ilin yanvar ayı ilə müqayisədə 1,8 faiz, dekabr ayına nisbətdə isə 0,5 faiz artıb. Bu barədə çərşənbə axşamı Dövlət Statistika Komitəsindən bildirilib.
Azərbaycanda yanvar ayında inflyasiya 0,5 faiz təşkil edib

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir N.İsmayılova/

İstehlak mallarının qiyməti və xidmət tarifləri bu ilin yanvarında 2009-cu ilin yanvar ayı ilə müqayisədə 1,8 faiz, dekabr ayına nisbətdə isə 0,5 faiz artıb. Bu barədə çərşənbə axşamı Dövlət Statistika Komitəsindən bildirilib.

Ərzaq məhsullarının qiyməti yanvarda dekabra nisbətən 0,6 faiz, qeyri-ərzaq mallarının qiyməti 0,6 faiz, xidmət tarifləri isə 0,1 faiz artıb.

2009-cu ilin yanvar ayı ilə müqayisədə ərzaq məhsullarının qiyməti bir faiz azalıb, qeyri-ərzaq mallarının qiyməti 1,4 faiz, xidmət sahəsində tariflər isə 9,2 faiz artıb.

Yanvarda mövsümi dəyişikliyə məruz qalan (meyvə və tərəvəz) məhsul və xidmətlər çıxılmaqla, istehlak qiymətlərinin baza indeksi və dövlət tərəfindən tənzimlənən qiymətlər dekabrla müqayisədə 100,3 faiz, 2009-cu ilin yanvar ayı ilə müqayisədə isə 100,4 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti