Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir N.İsmayılova/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinq zamanı ümumi çəkisi 800 kiloqrama yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.
Monitorinqlər Bakının Nəsimi, Binəqədi, Nizami və Nərimanov rayonlarında keçirilib.
Mağazalardan götürülmüş istifadə müddəti ötmüş ərzaq məhsullarını kolbasa və qənnadı məmulatları, makaron məmulatları, yağlar, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, meyvə şirələri, düyü, uşaq yeməkləri, qarox, göbələk, xurma və pivə təşkil edir.
Qanun pozuntusuna yol vermiş hüquqi və fiziki şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.