Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir Ü.İsmayılova/
Azərbaycan Sahibkarlar Milli Konfederasiyası ilə Azərbaycan Marketinq Cəmiyyəti (AMC) arasında əməkdaşlıq haqqında razılıq əldə edilib. Bu barədə cümə axşamı konfederasiyanın yayılan məlumatında deyilir.
Konfederasiyanın prezidenti Məmməd Musayevlə Marketinq Cəmiyyəti İdarə Heyətinin sədri Rəhim Hüseynov arasında əməkdaşlıq haqqında razılıq görüş zamanı əldə edilib.
Görüşdə sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, marketinq sahəsində elmi və praktik təhlillərin aparılması, üzvlərin birgə görüşlərinin, seminarların və konfransların təşkil edilməsi müzakirə edilib.
Həmçinin görüşdə Sahibkarlar Milli Konfederasiyasının potensialından və müvafiq resurslardan birgə istifadə edilməsi məsələləri müzakirə olunub.