...

Bank Respublikanın səhmdarları digər şirkətlərin kapitalında iştirak məsələsini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2010 17:51 (UTC +04:00)
2010-cu il aprelin 20-də Bank Respublikanın baş ofisində səhmdarların növbəti ümumi iclası keçiriləcək.

Azərbaycan, Bakı, 04 mart / Trend /

2010-cu il aprelin 20-də Bank Respublikanın baş ofisində səhmdarların növbəti ümumi iclası keçiriləcək.

İclasın gündəliyinə bankın 2009-cu il üçün illik maliyyə hesabatının müzakirəsi, 2009-cu ildə müstəqil auditor yoxlamasının yekunları, ötən il üçün xalis mənfəətin bölünməsi, mənfəət hesabına bankın nizamnamə kapitalının artırılmasının təsdiqlənməsi, bankın nizamnaməsinə edilən əlavə və dəyişikliklər, Bank Respublikanın digər hüquqi şəxslərin kapitalında iştirakı məsələsinin müzakirəsi, xarici maliyyə təşkilatları ilə imzalanmış müqavilə şərtlərinin təsdiqlənməsi və digər məsələlər daxildir.

Bank Respublika 1992-ci ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasında səhmdar kapitalının "25% + 1 səhm" paketinə sahib olan Almaniyanın 2 nəhəng maliyyə təşkilatı - KfW bank qrupunun üzvü DEG, Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü SIDT təmsil olunur. Bankın səhmdarlarının strukturu belədir: bankın səhmlərinin 75 faizi Quliyevlər ailəsinə, 16,67 faiz DEG-ə və 8,3 faiz SIDT-ə məxsusdur.

"Bank Republika" ASC "BakıSığorta" şirkətində nəzarət səhm paketinə sahibdir. Şirkət Azərbaycanın sığorta bazarında 2007-ci il avqustun 28-dən fəaliyyət göstərir. 2009-cu il sentyabrın 4-də şirkət müddətsiz lisenziya alıb.

"BakıSığorta" ASC "Tural Sığorta" şirkətinin nəzarət səhm paketinin (səhmlərin 50 faizdən çoxu) bank tərəfindən alınması yolu ilə yaradılıb. Yenilənmiş şirkətin səhmlərinin qalığı fiziki şəxslər arasında bölüşdürülüb.

Bank Respublikanın Bakıda və ölkə regionlarda 34 filial və şöbəsi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti