...

Azərbaycan FHN 2010-cu ili sonuna kimi leysan yağışları nəticəsində zərərçəkmişlərin mənzillə təmin olunmasını planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2010 17:11 (UTC +04:00)
Azərbaycan Fövqaladə Hallar Nazirliyi 2010-cu ilin sonuna kimi ötən il güclü leysan yağışları nəticəsində mənzillərini itirən ailələr üçün evlərin inşasını başa çatdırmağı planlaşdırır. Bunu cümə günü Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Azərbaycan FHN 2010-cu ili sonuna kimi leysan yağışları nəticəsində zərərçəkmişlərin mənzillə təmin olunmasını planlaşdırır

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir H.Vəliyev/

Azərbaycan Fövqaladə Hallar Nazirliyi 2010-cu ilin sonuna kimi ötən il güclü leysan yağışları nəticəsində mənzillərini itirən ailələr üçün evlərin inşasını başa çatdırmağı planlaşdırır. Bunu cümə günü Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

"Evlər Quba, Xaçmaz, Qusar, Hacıqabul, Salyan, Şirvan və Azərbaycanın digər rayonlarında inşa ediləcək", - nazir deyib.

Onun sözlərinə görə, evlərin inşası ölkə Prezidentinin tapşırığı ilə FHN tərəfindən ayrılan vəsait hesabına həyata keçiriləcək. Nazirlik, həmçinin, təbii fəlakətdən qismən zərərçəkmiş şəxsləri 400 min manat həcmində tikinti materialları ilə təmin edib.

"Bu evlərin böyük hissəsi artıq inşa olunu, yaxın bir neçə ayda isə mənzillərini itirən digər şəxslər də mənzillə təmin olunacaq", - nazir bildirib.

Ötən ilin sonunda Azərbaycanın bir çox rayonlarında yağan leysan yağışları əhaliyə böyük zərər vurub. Güclü sel xeyli sayda mal-qaranı aparıb, tikililəri dağıdıb. Yerli əhali arasında ölənlər olmayıb.

Güclü sel yağıntıların normanı on dəfə ötməsi nəticəsində baş verib. Sel Azərbaycanın Masallı rayonunda daha çox tərəvəzçilik sahəsinə, Xaçmaz rayonunda bağçılıq və tərəvəzçilik, digər regionlarda isə üzümçülüyə zərər vurub. Heyvandarlıq sahəsində isə əsas ziyan Hacıqabul rayonuna dəyib, burada 30 baş iribuynuzlu mal-qara, təxminən 300 baş qoyun və keçi, 9 min quş tələf olub.

Xəbər lenti

Xəbər lenti