...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2010 16:33 (UTC +04:00)
Ötən həftənin yekununa əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə bir ABŞ dollarına 0,80338 manat səviyyəsində müəyyən olunub.
Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir N.İsmayılova/

Ötən həftənin yekununa əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə bir ABŞ dollarına 0,80338 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi martın 8-dən etibarən martın 11-nə kimi bir ABŞ dolları üçün 0,8034 manat, minimum isə martın 12-də bir ABŞ dollarına 0,8033 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

1 mart

0,8034

8 mart

0,8034

2 mart

0,8034

9 mart

0,8034

3 mart

0,8033

10 mart

0,8034

4 mart

0,8033

11 mart

0,8034

5 mart

0,8034

12 mart

0,8033

Həftə ərzində orta

0,80336

Həftə ərzində orta

0,80338

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib. Orta məzənnə bir ABŞ dollarına 0,80346 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): martın 8-də sövdələşmə olmayıb, buna görə kurs əvvəlki səviyyəsində saxlanılıb - 0,8035 AZN/USD, martın 9-da 0,8035 AZN/USD məzənnə ilə $1,862 milyon, martın 10-da 0,8035 AZN/USD məzənnə ilə $1,899 milyon, martın 11-də 0,8034 AZN/USD məzənnə ilə $6,647 milyon, martın 12-də 0,8034 AZN/USD məzənnə ilə $8,5 milyon.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi:

1 mart

0,8035

8 mart

0,8035

2 mart

0,8034

9 mart

0,8035

3 mart

0,8034

10 mart

0,8035

4 mart

0,8034

11 mart

0,8034

5 mart

0,8035

12 mart

0,8034

Həftə ərzində orta

0,80344

Həftə ərzində orta

0,80346

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti ötən həftə dəyişməz olaraq qalıb, alış doqquz manat, satış on manat təşkil edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin özəlləşdirmə çeklərinin istifadə prosesinin təmin olunmasına dair əlavə tədbirlər haqqında fərmanına əsasən, çeklərin istifadə müddəti daha bir il - 2011-ci il yanvarın 1-nə qədər uzadılıb. Bu qərar bu gün çeklərin 80 faizinin dövriyyədən çıxarılması nəticəsində verilib.

Xəbər lenti

Xəbər lenti