Azərbaycan, Bakı, 17 mart /Trend Capial/
"Bank of Baku"nun 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram aksiyası çərçivəsində verilən kreditlərindən bankın 4724 müştərisi faydalanıb. Bu barədə bankın çərşənbə günü yayılan məlumatında deyilir.
Bayram ərəfəsində təxminən 1 ay davam edən "Kişilərə dəstək" adlı aksiyada "Bank of Baku"nun 3093 kişi müştərisi iştirakçı qismində çıxış edib. 9 fevral-6 mart tarixlərində keçirilmiş aksiya "Bank of Baku"da tarixçəsi olan bütün kişi müştərilərə şamil olunub. Aksiya keçirilən müddətdə bank kişi müştərilərinə dəstək olaraq 2,5 milyon manata yaxın kredit ayırıb.
"Bank of Baku"nun bayram kampaniyası çərçivəsində 9-13 mart tarixlərində keçirilmiş "Qadınlar həftəsi" aksiyasında isə bankın 1999 xanım müştərisi iştirak edib. Kampaniya ərzində bank xanım müştərilərinə bir neçə istiqamətdə güzəşt təqdim edib: güzəşt və hədiyyələr həmin müddətdə bankdan kredit alan, əmanət yerləşdirən və təcili pul köçürmələri xidmətindən istifadə edən xanımları əhatə edib. Nəticələrə əsasən, ən əsas tələbat 200-1000 AZN həcmində təqdim olunan nağd kreditlərdə müşahidə olunub. Aksiya dövründə bankın 1631 qadın müştərisinə ayıran kreditin ümumi məbləği 1,5 mln AZN-dən artıqdır. Bununla yanaşı, "Qadınlar həftəsi" ərzində qadınlar tərəfindən yerləşdirilmiş və ya artırılmış əmanətlərin ümumi sayı 227, məbləği isə təxminən 1 mln AZN həcmindədir. "Qadınlar həftəsi" ərzində 141 təcili pulköçürmə əməliyyatı keçirilib.
Beləliklə, bayram aksiyası ərzində "Bank of Baku" müştərilərinə təxminən 4 mln AZN həcmində kredit ayırıb.
"Aktual və maraqlı aksiyaları həyata keçirməklə əhaliyə bayramqabağı dəstək verən "Bank of Baku" bir daha sübut etdi ki, həyatın hər anında daim öz müştərilərini düşünür və "Sizə yaxın bankçılıq!" şüarına əməl edir", - məlumatda deyilir.
Hazırda "Bank of Baku" həm yeni, həm də daimi müştərilərinə müxtəlif kredit layihələrindən faydalanmağı təklif edir.
"Bank of Baku"nun təşkil etdiyi digər kampaniyalar haqqında ətraflı məlumat almaq üçün bankın Məlumat Mərkəzinə 145 nömrəli telefon vasitəsilə müraciət edin və ya http://www.bankofbaku.com ünvanına daxil olun və daim bizim yeniliklərimizdən xəbərdar olun!
Martın 17-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.