...

Azərbaycan humanitar yüklərin Əfqanıstana göndərilməsində böyük əhəmiyyət daşıyır - TRACECA-nın milli katibi

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2010 13:26 (UTC +04:00)
Hər ay TRACECA (Avropa-Qafqaz-Asiya) nəqliyyat dəhlizi çərçivəsində humanitar yüklə dolu 1000-1500 konteyner Əfqanıstana göndərilir. Bunu cümə axşamı TRACECA-nın Azərbaycandan olan milli katibi Akif Mustafayev deyib. Bu gün Azərbaycan Nəqliyyat Nazirliyinin və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) təşkilatçılığı ilə Bakıda Zaqafqaziya vasitəsilə Əfqanıstana avtomobil yükdaşımalarının inkişafı üzrə işçi qrupun ikinci iclası keçirilir.
Azərbaycan humanitar yüklərin Əfqanıstana göndərilməsində böyük əhəmiyyət daşıyır  - TRACECA-nın milli katibi

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir E.İsmayılova/

Hər ay TRACECA (Avropa-Qafqaz-Asiya) nəqliyyat dəhlizi çərçivəsində humanitar yüklə dolu 1000-1500 konteyner Əfqanıstana göndərilir. Bunu cümə axşamı TRACECA-nın Azərbaycandan olan milli katibi Akif Mustafayev deyib. Bu gün Azərbaycan Nəqliyyat Nazirliyinin və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) təşkilatçılığı ilə Bakıda Zaqafqaziya vasitəsilə Əfqanıstana avtomobil yükdaşımalarının inkişafı üzrə işçi qrupun ikinci iclası keçirilir.

"Hər ay TRACECA dəhlizi çərçivəsində Qərbdən Əfqanıstana dərman preparatları, tikinti materialları və ərzaq da daxil olmaqla, humanitar yüklədolu 1000-1500-ə yaxın konteyner göndərilir. Bu daşınmaların həyata keçirilməsində Azərbaycanın rolu böyükdür", - Mustafayev bildirib.

Onun sözlərinə görə, humanitar yüklərin Qara dəniz vasitəsilə Gürcüstan ərazisinə və Azərbaycana, sonra isə Xəzər vasitəsilə Mərkəzi Asiyaya nəqli ötən ilin martından həyata keçirilir və bu daşımalar davam edəcək.

Hazırda humanitar yardım iki marşrut üzrə nəql olunur. Bunlar Rusiya ərazisi ilə Şimal marşrutu və TRACECA çərçivəsində mərkəzi marşrutdur.

Hazırda TRACECA iştirakçısı olan dövlətlər bunlardır: Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Ukrayna, həmçinin İran.

İRU dünyanın 4 qitəsində 68 ölkədə avtonəqliyyat problemləri ilə məşğul olan ümumdünya təşkilatıdır. IRU 1948-ci ildə təsis edilib. Mənzil-qərargahı Cenevrədə (İsveçrə) yerləşir. Brüssel və Moskvada iki nümayəndəliyi var. Onlar İRU-nun müvafiq olaraq Avropa İttifaqı və Müstəqil Dövlətlər Birliyində siyasətini həyata keçirir və koordinasiya edir. İRU-nun əsas vəzifəsi dünya iqtisadiyyatının harmonik və davamlı inkişafı naminə yük sə sərnişin avtonəqliyyatı sahəsində maraqların qorunması və beynəlxalq əməkdaşlığın təşkilidir.

Xəbər lenti

Xəbər lenti