...

Azərbaycanda pensiyaların 98 faizinın ödənişi plastik kartlarla həyata keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2010 13:35 (UTC +04:00)
Azərbaycanda əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsinin daim diqqət mərkəzində saxlanılması nəticəsində, pensiyaların plastik kartlarla ödənişi sferası daha da genişlənməkdədir.
Azərbaycanda pensiyaların 98 faizinın ödənişi plastik kartlarla həyata keçirilir

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanda əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsinin daim diqqət mərkəzində saxlanılması nəticəsində, pensiyaların plastik kartlarla ödənişi sferası daha da genişlənməkdədir. Belə ki, 2010-cu ilin yanvar-aprel ayları ərzində pensiyasını plastik kartla alanların sayı əlavə olaraq 6 230 nəfər artıb. 01.04.2010-cu il tarixə olan statistikaya əsasən, pensiyasını plastik kartla əldə edənlərin sayı 1 126 364 nəfər təşkil edir. Yəni hazırda pensiyaların 98 faizinın ödənişi plastik kartlarla həyata keçirilir.

Kəndlərdə vətəndaşların öz xahişləri əsasında (istənilən bankomatdan alma şərti ilə) pensiyaların plastik kartlarla ödənişinin təmin olunması istiqamətində də mühüm addımlar atılmaqdadır. Cari ilin yanvar-aprel ayları ərzində kəndlərdə pensiyaları plastik kartla alanların sayı 4 903 nəfər artıb. 01.04.2010-cu il tarixə olan statistikaya əsasən, ölkə üzrə kənd əhalisinin 95,9 faizi plastik kartla təmin olunub. Şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir və qeyd olunan göstəricilər üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab edilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda yer alan mühüm vəzifələrdən biri əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da inkişaf etdirilməsidir. Proqrama uyğun olaraq DSMF tərəfindən pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi davam etdirilir. Belə ki, bankomat və pos-terminallarla təchizatın gücləndirilməsi, ödənişlərdə çoxfunksiyalı çip kartlardan istifadənin təmin olunması, ucqar kəndlərdə ödənişin mütərəqqi üsullarla aparılması üzrə müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsi istiqamətində də addımlar atılır.

Xəbər lenti

Xəbər lenti