...

Azərbaycanın təbii fəlakət zonasında viruslu xəstəliklər faktı qeydə alınmayıb - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2010 15:06 (UTC +04:00)
Hal-hazırda təbii fəlakət zonasında - Mərkəzi Aranda praktik olaraq viruslu xəstəliklər faktı qeydə alınmayıb, - cümə axşamı Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bildirib.
Azərbaycanın təbii fəlakət zonasında viruslu xəstəliklər faktı qeydə alınmayıb - nazir

Аzərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Ü.İsmayılova/

Hal-hazırda təbii fəlakət zonasında - Mərkəzi Aranda praktik olaraq viruslu xəstəliklər faktı qeydə alınmayıb, - cümə axşamı Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bildirib.

"Hal-hazırda təbii fəlakət zonasında dezinfeksiya üzrə genişmiqyaslı işlər aparılır və xüsusilə də yay mövsümündə - viruslu xəstəliklərin artdığı dövrdə, bu işlər çox aktual xarakter daşıyır", - nazir deyib.

Onun sözlərinə görə, təbii fəlakət zonasında bütün profilaktik tədbirlər davam etdiriləcək. Nəticədə, ciddi viruslu xəstəliklərdən qorunmaq imkanı əldə olunacaq.

Nazirlikdən əvvəlcədən məlumat verildiyi kimi, Azərbaycanın Şirvan, Zərdab, Sabirabad və digər rayonlarında baş vermiş təbii fəlakət həmin regionların əhalisi üçün potensial təhlükə və gərgin sanitar-epidemioloji vəziyyət yaradıb.

Gərgin vəziyyətin aradan qaldırılması və regionlarda əhaliyə tibbi xidmətlərin göstərilməsi məqsədilə Azərbaycanın Səhiyyə Nazirliyinin struktur bölmələrinin rəhbərləri, həmçinin, müvafiq dövlət strukturlarının iştirakı ilə təxirəsalınmaz tədbirlərin müzakirə olunduğu fövqəladə iclas keçirilib.

İlk növbədə, əhali arasında mümkün yoluxucu xəstəliklərin aradan qaldırılması, həmçinin, lazımi tibbi xidmətlərin göstərilməsi məqsədilə Səhiyyə Nazirliyinin mövcud sahələr üzrə yüksək peşəkar mütəxəssislərin ezam olunduğu qərargahı yaradılıb.

İlk günlərdən təbii fəlakət zonasında epidemioloji vəziyyətin aradan qaldırılması məqsədilə kompleks tədbirlər hazırlanıb. Zonaya bütün lazımi dərman preparatları, eləcə də, dezinfeksiya üçün vasitələr göndərilib.

Malyariyanın profilaktikası üçün yerli kimyəvi profilaktik və dezinfeksiya tədbirləri həyata keçirilir. Hal-hazırda təbii fəlakət zonasında əhali arasında heç bir ciddi yoluxucu xəstəliklər, o cümlədən, malyariya və qida zəhərlənməsi faktı qeydə alınmayıb.

Azərbaycan Səhiyyə Nazirliyinin əsas məqsədi ərazilər qurudulduqdan sonra, təbii fəlakət zonasında fəal profilaktik və dezinfeksiya tədbirlərinin həyata keçirilməsidir.

2 milyon kvadratmetr ərazinin qurudulmasından sonra, dezinfeksiya və 5,2 milyon kvadratmetr ərazidə isə dezinfeksiya işləri aparılacaq.

Bütün tədbirlər Azərbaycan Səhiyyə Nazirliyinin öz vəsaiti hesabına gerçəkləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti