...

Bank Respublika əmanətlər üzrə uduşlu kampaniyanın iyun tirajını keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2010 15:25 (UTC +04:00)
İyunun 16-da Bank Respublika əmanətçiləri arasında uduş kampaniyasının dördüncü tirajı keçirilib və nəticədə daha 6 qalib müəyyən olunub.
Bank Respublika əmanətlər üzrə uduşlu kampaniyanın iyun tirajını keçirib

Azərbaycan, Bakı, 17 iyun /Trend/

İyunun 16-da Bank Respublika əmanətçiləri arasında uduş kampaniyasının dördüncü tirajı keçirilib və nəticədə daha 6 qalib müəyyən olunub. Bu ilin dekabr ayının 15-dək hər ay keçiriləcək uduş kampaniyasının əsas hədiyyələri ən yüksək 999,9 əyarlı qızıl külçələrdir.

Kampaniya çərçivəsində hər ay nəcib metal - qızıl oynanılır. Əmanət hesabında ən azı 1 il müddətinə və 1000 AZN/USD/EUR məbləği olan hər bir əmanətçi kampaniyanin qalibi ola bilər. Əmanətin hər 1000 AZN/USD/EUR uduş üçün 1 şans verir. Bank əməkdaşlarının və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmir.

Bank Respublikanın əmanətçiləri əmanətin məbləğindən və müddətindən asılı olaraq 45 günədək faizsiz kredit xətti ilə MasterCard və VISA kartlarını əldə edə, pulsuz bank seyfindən istifadə edə, bank hesabına səyahət, tibbi sığorta və güzəştli şərtlərlə kredit ala, plastik kart hesablarını idarə etməyə imkan verən "Home Banking" və "MobilBank" xidmətinə qoşula bilərlər.

Bank Respublika "Əmanətlərin sığortalanması haqqında" qanuna əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və Bankda yerləşdirilmiş əhalinin əmanətləri fondun şərtlərinə əsasən sığortalanır.

1992-ci ildən etibarən fəaliyyət göstərən Bank Respublika Azərbaycanın aparıcı banklarındandır. Bankın səhmdarları sırasında "25% + 1 səhm" paketinə malik Almaniyanın 2 böyük maliyyə təşkilatı təmsil olunur - KfW bank qrupunun üzvü DEG və Sparkassen-Finanzgruppe üzvü SIDT.

Xəbər lenti

Xəbər lenti