...

Azərbaycan İpoteka Fondunun istiqrazlarına olan tələbat təklifi ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2010 19:36 (UTC +04:00)
Bazar ertəsi Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun üç milyon manat məbləğində faizli sənədsiz təmin edilməyən adlı istiqrazlarının yerləşdirilməsi baş tutub.
Azərbaycan İpoteka Fondunun istiqrazlarına olan tələbat təklifi ötüb

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Bazar ertəsi Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun üç milyon manat məbləğində faizli sənədsiz təmin edilməyən adlı istiqrazlarının yerləşdirilməsi baş tutub. Bu barədə birjanın bazar ertəsi yayılan məlumatında deyilir.

Dörd səhmdar tərəfindən təqdim edilən sifarişlərin ümumi həcmi nominal üzrə (faktiki 6 195 880,42 manat) 5 982 000 manat təşkil edib.

Tələbnamələr cari qiymət üzrə 103,5754 faizlə təqdim edilib.

Hərracda təqdim edilən istiqrazların ümumi həcmi tam yerləşdirilib.

İstiqrazların ödənilmə tarixi kimi 11 dekabr 2010-cu il müəyyənləşdirilib.

Azərbaycan İpoteka Fondunun emissiyalar prospektinin istiqrazları Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 30 dekabr 2009-cu il tarixdə qeydə alınıb.

Emissiyaların ümumi məbləği illik 3,25 faizlə 75 milyon manat təşkil edir. Emissiyalardan indiyədək 46 milyon manat yerləşdirilib.

İyulun 19-na olan rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti