...

Azərbaycan sahibkarlarına xaricdəki fəaliyyətlə bağlı problemlərin aradan qaldırılmasında dəstək göstəriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2010 19:01 (UTC +04:00)
Azərbaycan iş adamlarının xarici ölklərdə sahibkarlıq fəaliyyəti ilə bağlı müəyyən problemlərlə qarşılaşdıqlarını nəzərə alaraq, Azərbaycan İqtisadi İnkişaf Nazirliyi onlara kömək məqsədilə məsləhətləşmələrin keçirilməsinə başlayıb.
Azərbaycan sahibkarlarına xaricdəki fəaliyyətlə bağlı problemlərin aradan qaldırılmasında dəstək göstəriləcək

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycan iş adamlarının xarici ölklərdə sahibkarlıq fəaliyyəti ilə bağlı müəyyən problemlərlə qarşılaşdıqlarını nəzərə alaraq, Azərbaycan İqtisadi İnkişaf Nazirliyi onlara kömək məqsədilə məsləhətləşmələrin keçirilməsinə başlayıb. Bu barədə nazirliyin çərşənbə günü yayılan məlumtında deyilir.

Sahibkarlar köməyə görə nazirliyin Sahibkarlığın inkişafı şöbəsinə Bakı ş., Xaqani küç, 36 ünvanına müraciət edə bilərlər. Əlaqə telefonu +99412 493-39-43, faks +99412 493-04-27, e-mail: [email protected].

Bundan başqa, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AzPROMO) Bakı ş., H.Abdullayev küç, 11 ünvanına da müraciət etmək olar. Əlaqə telefonu +99412 598-01-47/48/49, e-mail: [email protected]. Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə də müraciət etmək olar.

Xəbər lenti

Xəbər lenti